"Ən qoca" panda 37 yaşında ölüb

Jia Jia - dişi panda Fotonun müəllifi AP
Image caption Hong Kong höküməti Jia Jia-nın ölüm xəbərindən "kədərlənib"

Qəfəsdə saxlanılan ən yaşlı hesab edilən panda 38 yaşında yatızdırılıb, rəsmilər deyirlər.

Hong Kong heyvan parkında Jia Jia adlı pandanın insan ömrü ilə 100-dən çox yaşı var idi.

Son həftələrdə onun vəziyyəti kəskin pisləşmişdi və o yaxşı qidalanmırdı, yerli media yazır.

O 1999-cu ildən bəri yaşadığı Okean Parkının baytarları tərəfindən yatızdırılıb.

BBC Çincə yazır ki, Hong Kong höküməti parka Jia Jia-ya yardım və dəstəyə görə təşəkkür edib və onun ölüm xəbərindən "kədərləndiyini" bildirib.

2015-ci ildə park bu pandanın 37-ci yaşını qeyd etmişdi.

Bu dişi panda 1978-ci ildə vəhşi təbiətdə doğulub.

Pandalar adətən vəhşi təbiətdə 20 il, qəfəsdə isə 25 yaşaya bilir.