Nobel komitəsi Bob Dylanla əlaqə saxlaya bilməyib

Bob Dylan Fotonun müəllifi Getty Images
Image caption Bob Dylan bəstələdiyi mahnılara yazdığı şeirlərə görə bu mükafatı alan ilk bəstəkardır.

Nobel Mükafatı komitəsi amerikalı şair və musiqiçi Bob Dylanla əlaqə yaratmaq cəhdlərini dayandırıb.

"Biz indi heç nə etmirik", akademiyanın daimi katibi Sarah Danius bildirib.

"Mən onun nümayəndəsinə zəng etdim və e-mail göndərdim və dostsevər cavablar aldım. Hələlik kifayət edir", o əlavə edib.

Hələlik Dylanın dekabrın 10-da mükafatın təqdimat mərasiminə gəlib-gəlməyəcəyi bəlli deyil.

"İstəməsə gəlməyəcək", Danius jurnalistlərə deyib, "lakin onun şərəfinə böyük bir tədbir təşkil olunacaq".

Dylan hələlik mükafat almasına şərh verməyib.

13 oktyabrda mükafatın ona verilməsi barədə məlumat çıxdıqdan sonra Dylan Las Vegasda konsert versə də, Nobel mükafatı barədə danışmayıb.

Bob Dylan bəstələdiyi mahnılara yazdığı şeirlərə görə bu mükafatı alan ilk bəstəkardır.

İsveç akademiyası "Amerika musiqisində yeni poetik ifadələr" yaratdığına görə Dylanı bu mükafata layiq görüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş