Robot Marsda həyat axtaracaq

robotun eniş fotosu Fotonun müəllifi ESA

Avropa Kosmik Agentliyi (ESA) bugün Marsa robot endirəcək.

Schiaparelli robotu Yerdən 500 milyon kilometr uzaqlaşdıqdan sonra riskli eniş edəcək.

ESA bu planetdə çox bahalı roverin yerləşdirilməsini planlaşdırır.

Bu altı-təkərli nəqliyyat vasitəsi həyat axtarışı üçün planetin səthində qazıntı aparacaq.

Kiçik Schiaparelli robotunun enişi asan məsələ olmalıdır, amma elmi hesablamalar göstərir ki, Mars ən müasir texnika üçün belə uyğun yer deyil.

Image caption Schiaparelli robotunun modeli: o endikdən bir neçə gün sonra hava haqqında məlumat toplayacaq

Yerin bu yaxın qonşusuna göndərilən missiyaların təxminən yarısı uğurlu ola bilməyib. Onlardan bir çoxu yolda yoxa çıxıb ya da hədəfdən yayınıblar.

600 kiloluq robot Bakı vaxtilə saat 17.58-də Marsa enməlidir.

"Hamı gülür, hamı optimistdir, amma gərginlik də hiss olunur", ESA-nın baş elmi məsləhətçisi Mark McCaughrean bildirib.

Əlaqəli mövzular