Honq Konq Liman Yarışından sonra üzgüçü vəfat edib

Honq Konq limanı Fotonun müəllifi Getty Images

Honq Konq Liman Yarışında iştirak etmiş üzgüçü ölüb.

Cheung adlı 59 yaşlı qadın bazar günü sudan çıxarılaraq xəstəxanaya yerləşdirilmişdi.

Bundan əvvəl bir kişi üzgüçü də vəfat edib.

Onların hər ikisi "sərbəst" kateqoriyasında az sürətli yarışçılar idilər.

Dünya su idmanları qurumu - Fina bildirib ki, bu yarışı və digər açıq dəniz yarışlarını nəzarətdən keçirəcək.

1.5km üzməyi nəzərdə tutan bu yarış 2011-ci ildə, 30 ildən sonra bərpa edilib. Yarış suyun çirkli olmasına şübhələrə görə ləğv edilmişdi. Bu dəfəki yarışda iştirak üçün 3000 üzgüçü qeydiyyatdan keçib.

Dünyanın ən məşğul limanlarından olan Honq Konqdan hər il 400 min gəmi keçir.

Əlaqəli mövzular