Robotun Marsa enişində problem yaranıb

Artwork Fotonun müəllifi ESA
Image caption Marsa eniş asan deyil və sürətin tədricən yavaşlaması tələb olunur

Avropanın Schiaparelli cihazı çərşənbə günü Marsın səthinə gözlənildiyi kimi eniş etməyib, məlumatda deyilir.

Cihazdan alınmış məlumata görə onun paraşütü çox erkən açılıb.

Robotu planetin səthinə endirəcək raketin də çox qısa müddətə alovlandığı bildirilir.

Avropa Kosmik Agentliyi (ESA) cihazın qəzaya uğramasını təsdiq etməsə də, bununla bağlı əhvalın müsbət olmadığı deyilir.

Ekspertlər məlumatın təhlilini davam etdirəcəklər və eyni zamanda Schiaparelli-nin qırmızı planetə enməsinə dair az da olsa ümid var.

Əlavə olaraq amerikalılar Marsdakı peyklərindən istifadə edərək planetin səthində hansısa cihazın olmasını müşahidə etməyə çalışacaqlar.

Cihazın ölçüləri kiçik olduğu üçün bununla bağlı ümidlər də böyük deyil.

Robot ilkin mərhələdə probelmsiz fəaliyyət göstərsə də, yalnız son mərhələdə paraşütün açılmasında problem yaranıb.

Hazırda ESA problemə nəyin səbəb ola biləcəyini araşdırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş