Qızı Obamanı Snapchat-da lağa qoyub

Sasha Obama Fotonun müəllifi Getty Images
Image caption Saşa Obama darıxdığını göstərən bir foto paylaşıb

Prezident Barack Obama öyrənib ki, bu yaxınlarda onun kiçik qızı Snapchat-da onu lağa qoyub.

ABŞ lideri deyib ki, qızı Sasha onun ailə şam yeməyində sosial şəbəkə müzakirə etməsini gizlicə videoya çəkib və onu paylaşıb.

Bu, prezidentin 15 yaşlı qızının onlayn fəaliyyətini müzakirə etdiyi ilk hal deyil.

İyul ayında o, qızının tvitlədiyini deyib. Bəzi media orqanları onun hesabını müəyyənləşdirməyə çalışsa da, hesab gizli qalıb.

İndi də haqqında danışılıan hesab ictimailəşdirilməyib. Snapchat-da paylaşılan postlar adətən bir müddətdən sonra silinir, lakin bu məhdudiyyətdən də yan keçmək üçün yollar var.

Prezident Obama bu barədə bazar ertəsi günü Jimmy Kimmel Live TV şou-proqramında danışıb.

Fotonun müəllifi Getty Images
Image caption Prezident Obama Jimmy Kimmel Live TV şou-proqramında qızının onu Snapchat-da lağa qoyduğunu deyib

"Sasha mənə Snapchat barədə məlumlatlar verdi", o söyləyib.

"Bir axşam nahar yeməyi zamanı oturmuşduq və oxudum ki, Snapchat onun yaşıdları arasında çox məşhurdur. Mən dedim: "mənə Snapchat barədə danış"".

"O izah etməyə başladı - fotolarında kiçik sifətlər edə bilərsən, və o, və bu... Michelle və mən oturmuşduq və mən soruşdum: Maraqlı deyil ki?"

Cənab Obama deyir ki, sonda birinci xanımla sosial medianın təsirləri barədə danışıb.

"Sonra bildim ki, o, bizi bütün söhbət boyunca videoya çəkib və dostlarına göndərib: "Bu, sosial medianın mənası barədə bizə mühazirə deyən atamdır.""

"Və o darıxdığını göstərən bir fotosunu da çəkib".

Prezident Obama əlavə edib ki, iyunda Snapchat-a qoşulmuş həyat yoldaşı və böyük qızı Malia paylaşımı "xoşlayıblar".

Image caption Michelle Obama iyun ayından Shapchat-a qoşulub

Prezident Obama deyib ki, o, öz iPhone-unda yalnız email ala və internetə girə bilir, zənglər edə, musiqi dinləyə və ya fotolar çəkə bilmir.

"Mən qəzetlərin manşetində olmamaq üçün heç vaxt email göndərmirəm", prezident Obama deyib.

Əlaqəli mövzular