Qadınlar il əzrində kişilərdən 39 gün daha çox işləyirlər, yeni hesabatda deyilir

İşçilər Fotonun müəllifi Getty Images

Qadınlar il ərzində kişilərdən təxminən 39 gün daha çox işləyirlər, Dünya İqtisadiyyat Forumunun (WEF) hesabatında deyilir.

Qadınlar gün ərzində kişilərdən təxminən 50 dəqiqə daha çox işləyirlər, hesabatda qeyd olunub.

Hesabatda deyilir ki, ödənişsiz iş qadınlar üçün əlavə yükdür və təxmin olunur ki, qadın və kişilər arasında iqtisadi qeyri-bərabərliyin aradan qalxması 170 il çəkə bilər.

Təxminən 250 milyon qadın son on il ərzində beynəlxalq işçi qüvvəsinə çevrilib, hesabatda deyilir.

Kişilərin qadınlara nisbətən 34 faiz daha çox ödənişli iş görməsinə baxmayaraq, qadınlar hələ də vaxtlarının daha çox hissəsini ev işləri, uşağa baxmaq kimi ödənişsiz işləri görməklə keçirirlər.

Hindistan, Portuqaliya və Estoniyada qadınlar kişilərə nisbətən ildə 50 gün daha çox işləyirlər.

Britaniyada isə qadınlar yalnız 12 gün daha çox iş görürlər.

Yalnız altı ölkədə kişilər qadınlara nisbətən daha çox işləyirlər. Bunlardan üçü Skandinaviya ölkələridir ki, orada kişilər və qadınlar uşağa baxmaq üçün bərabər vaxt ayırırlar.

WEF analitiki Vesselina Ratcheva BBC-ə bildirib: "Valideyn məzuniyyətinin bölüşüdürülməsi ailələrin uşaq planlamasına şərait yaradır".

Əlaqəli mövzular