Antarktika: Ross dənizində 35 il balıq ovu qadağan edilir

pinqvin Fotonun müəllifi John B. Weller
Image caption Ekoloqlar Ross dənizinin mühafizə olunan əraziyə çevrilməsindən məmnundurlar

Avropa İttifaqı və 24 ölkədən nümayəndə heyəti razılığa gəliblər ki, Antarktidanın Ross dənizi dünyanın ən böyük mühafizə olunan dəniz ərazisi olacaq.

Bu o deməkdir ki, Cənub okeanının təxminən 1.57 kvadrat kilometri 35 il ərzində kommersiya məqsədilə balıq ovundan mühafizə ediləcək.

Ekoloqlar bu addımı həmin ərazinin Yer Kürəsinin ən toxunulmamış dəniz ekosisteminə çevriləcəyinə görə alqışlayıblar.

Onlar ümid edirlər ki, bu, beynəlxalq sularda bir çox belə zonanın yaranmasına təkan olacaq.

Ross dənizinin sahili və yamacı Cənub okeanın yalnız 2 faizini təşkil edir, amma dünyada Adelie pinqvinlərinin 38, Antarktika fırtına quşlarının 30 və Antarktikanın minki balinalarının 6 faizi orada yaşayır.

Fotonun müəllifi John B. Weller
Image caption Alimlər deyirlər ki, Ross dənizi insan üçün əlçatmaz olduğundan mükəmməl laboratoriyadır

Bu dənizin mühafizə olunan əraziyə çevrilməsi barədə təklifi Yeni Zelandiya və ABŞ verib. Məqsəd canlı həyatı və mineralları qorunan ərazilərin yaradılmasıdır.

Ötən il bu təklifdən yalnız Rusiya narazı idi, amma bu il vəziyyət dəyişib.

Rusiya prezidenti Vladimir Putin 2017-ci ili Ekologiya İli elan edib və ölkə Arktikada Frans İosif Torpağı ətrafında mühafizə olunan ərazini genişləndirib.

Başqa bir narazılıq isə, ərazinin neçə müddətə mühafizə olunması idi. Çin 20 ilin də mühafizə üçün yetərli olduğunu deyirdi.

Hərçənd bir çox mühafizəçilər həmin müddətin Ross dənizində canlıların, o cümlədən balinaların bərpası üçün az müddət olduğunu iddia edib.

Nəticədə tərəflər həmin ərazinin 35 il müddətinə qorunacağına qərar verib.

Əlaqəli mövzular