Braziliya: dişsiz və dişli Ryan-ı tanıyın

Ryan Fotonun müəllifi Amanda Mattos
Image caption Ryan 3 yaşında ikən dişlərinin hamısını erkən kariyes səbəbilə itirib

Braziliyanın şimal-şərqində yoxsul məhəllədə yaşayan 6 yaşlı Ryan Coutinho illərdir gülmək üzünə həsrət qalmışdı.

Üç yaşında dişlərinin hamısını itirdikdən sonra o gülməyə utanırdı.

Amma indi o dayanmadan gülür.

Lakin indiki vəziyyətə gəlmək asan olmayıb, diş həkimi Amanda Mattos deyir.

Onun dişləri kariyes səbəbilə erkən tökülüb və yalnız aşağı damağında bəzi tağlar qalıb.

25 yaşlı xanım Mattos Ryan-ı iki il əvvəl onun oxuduğu məktəbdə görüb.

"Heç vaxt belə şey görməmişdim", o BBC-ə deyib.

Xanım Mattosun sözlərinə görə, Ryanın müəllimi ona uşağın digər tələbələrlə ünsiyyətdən qaçdığını və gülməkdən qaçdığını bildirib.

Həkim oğlanın anası ilə görüşərək uşağın dişlərini düzəltməyi təklif edib, lakin ana övladının ağrıya dözməyəcəyini deyərək imtina edib.

Lakin iki il sonra Ryan-ın anası təsadüfən xanım Mattosun işlədiyi ictimai klinikada işə düzəlir. Bir qədər sonra Ryan-ın qalan dişləri ağramağa başlayır və uşaq xanım Mattos-un yanına gəlir.

Fotonun müəllifi Amanda Mattos
Image caption Ryan əvvəllər digər şagirdlərlə ünsiyyətdən qaçırdı

"Ondan nə istədiyini soruşdum. O dedi ki, "dostları kimi gülmək istəyir".

Ryan-ın anası bu dəfə də təklifi qərarsız qarşılayıb, amma atasının razılığından sonra təklifi qəbul edir.

İctimai xəstəxana xərcləri qarşılamadığından diş həkimi özü şəxsi klinikasından ləvazimatları gətirərək Ryan-ın dişlərini pulsuz müalicə etdirib.

Həftələrlə davam edən müalicələrdən sonra oktyabrın 14-də onun bütün dişləri düzəlib.

"Biz hamımız ağladıq. Çox təsiredici idi", diş həkimi deyib.

Fotonun müəllifi Amanda Mattos
Image caption Ryan-ın hekayəsi Braziliya sosial mediasında çox məşhur olub

Ryan-ın dişləri hələ müvəqqətidir, 18 yaşa çatanda o diş implantları etdirə bilər.

Xanım Mattos deyir ki, indi Ryan istədiyi zaman ürəkdən gülür.

Əlaqəli mövzular