Meksika: ilk Ölülər Günü paradı keçirilib

Ölülər Günü paradı Fotonun müəllifi AP
Image caption Ölülər Günü heç vaxt paradla qeyd edilməyib

Mexiko şəhərində nəhəng marionetlər və yüzlərlə rəqqasların iştirakı ilə Ölülər Günü paradı keçirilib.

Meksikanın turizm rəsmiləri bildiriblər ki, festivalın açılış mərasiminin hazırlanmasında ötən il bu şəhərdə çəkilmiş James Bond filmi "Spectre"-dan ilham alınıb.

Həmin səhnədə Bond-un skelet geyimində parad keçirən izdihamı izlədiyi görüntülənib.

Yeni paradın şəhərə daha çox turist cəlb edəcəyinə ümid edilir.

Meksikalılar Ölülər Günündə adətən öz qohumlarının qəbirlərinin yanında və ya evdə bəzədilmiş müqəddəs ocağın qarşısında ailə üzvlərini yad edirlər.

Mexikonun Turizm Şurasının baş icraçı Lourdes Berho deyir ki, Spectre filmi "bizim nəsə etməli olduğumuza ümidlər yaradıb".

"Biz bilirdik ki, bu, turistlər, meksikalıları böyük paradda iştirak etmək üçün gəlmək və şənlənmək üçün maraq yarada bilər", o deyib.

İlk günü şənbə günü keçirilmiş paradda təxminən 135,000 nəfərin iştirakı gözlənilir.

Fotonun müəllifi AP
Fotonun müəllifi AP
Fotonun müəllifi AP
Fotonun müəllifi AP