Dünyanın ən ölümcül ilanlarından birinin zəhəri ağrını kəsə bilər

"Qatillərin qatili" adını qazanmış ilanın mavi bədəni və qırmızı başı var Fotonun müəllifi Alamy
Image caption "Qatillərin qatili" adını qazanmış ilanın mavi bədəni və qırmızı başı var

"Qatillərin qatili" adını qazanmış mərcan ilan ağrıdan xilas olmağın yolu ola bilər, alimlər aşkar edib.

Bu ilan Kral kobranı ovladığına görə məşhurdur.

Cənub-şərqi Asiyada yaşayan və iki metr uzunluğu olan ilannın zəhəri "demək olar ki, dərhal təsir göstərir" və ovunun qıcolmasına səbəb olur.

Toxins jurnalında dərc edilmiş yeni araşdırmaya görə o, insan bədənində ağrıya qarşı istifadə edilə bilər.

"Bir çox ilanlar güclü ağrıkəsici gücü olan yavaş təsirli zəhərə malikdirlər. Ölməmişdən öncə insan yuxulu olur", ilanın zəhəri ilə bağlı araşdırma qrupunun üzvlərindən olan Dr Bryan Fry deyib.

"Lakin bu ilanın zəhəri dərhal təsir göstərir, çünki o adətən çox təhlükəli heyvanları ovlayır və onları əks hücuma keçmədən öldürməlidir. O, qatillərin qatildir".

Dərmana çevrilir?

Bundan əvvəl zəhərli ilbizlər və əqrəblərin zəhərinin tibbdə istifadəyə uyğunluğu istiqamətində tədqiqat aparılıb. Lakin ilan zəhərindən hazırlanan dərman daha effektiv ola bilər, Dr Fry deyir.

"Zəhər bizim ağrını ötürmə mərkəzi olan natrium kanallarımızı hədəfə alır. Biz bundan ağrını kəsmək üçün istifadə edə bilərik", bioloq deyir.

Fotonun müəllifi Bryan Fry
Image caption İlanın zəhər qlandaları bədəninin dörddə birini təşkil edə bilir

İlanın zəhər qlandaları bədəninin dörddə biri uzunluğunda ola bilər.

"Onun qorxunc zəhər qlandaları var, bu, dünyada ən uzun qlanda sayılır, lakin çox gözəldir. O mənim üçün ən sevimli ilan növüdür," Dr Fry bildirir.

Lakin bu ilanların sayı azdır. Onların 80 faizdən çoxu məhv edilib.

"Onlar çox nadirdir. Mən yalnız iki dəfə bu ilanı görmüşəm", o BBC-ə bildirib.

"Biz uzun qlandalı mavi mərcan ilanın qohumlarını axtarırıq. Bəzi insanlar deyirlər ki, ən yaxşı ilan ölü ilandır, lakin biz bunun əksini etməyə çalışırıq".

BBC müxbiri Yvette Tan-ın xəbəri

Əlaqəli mövzular