Keniyada "saxta" əsgərlər tutulub

keniye əsgəri Fotonun müəllifi AFP
Image caption Keniya Müdafiə Qüvvələri gənclər üçün yaxşı iş yeri hesab edilir

Keniyada saxta çağırış vərəqəsi ilə ordu kazarmasına gələn onlarla insan həbs edilib, məlumatlarda deyilir.

Rəsmilər həbs edilmiş 57 nəfəri, Keniya Müdafiə Qüvvələrinə işə düzəlmək üçün Moi Kazarmasında Yeni Əsgərlərin Təlim Məktəbinə gəlmiş yüzlərlə yeni əsgər arasında aşkarlayıb.

Bütün həbs edilənlərin əlindəki məktubda oktyabrın 31-də Təlim Məktəbinə getmək göstərilib, Nairobi News qəzeti yazır. Bu, ölkədə orduya işə qəbul prosesindən sonra baş verir.

Cinayət araşdırmaları üzrə yerli direktor Əli Samatar bildirib ki, saxta məktublar "anomaliyalar olduğundan və onlar Müdafiə üzrə Dövlət Departamenti tərəfindən verilmədiyindən" aşkarlanıb, Kenya Standard qəzeti yazıb.

O bildirib ki, o silahlı qüvvələrlə birgə məktubların mənbəyini öyrənməyə çalışır, amma o "yüksək rütbəli hərbi və polis əməkdaşları kimi maskalanmış valideyn və brokerlərin bu və ya digər şəkildə saxtakarlıqda iştirak etdiyindən" şübhələnir.

Ölkədə hər 6 gəncdən biri işsiz olduğu üçün iş təklifi burada böyük amildir.

Hadisə 18 və 26 yaş arası kişi və qadınların Keniya ordusunda illik işəqəbul sxeminin sonuncu günündə baş verib.

Potensial çağırışçılara xəbərdarlıq edib ki, silahlı qüvvələrdə işə düzəlmək üçün istənilən saxta çağırış məktubları, rüşvət və korrupsiyanın digər formalarına dələduzluq kimi baxılacaq və müvafiq ölçü götürüləcək, Nayrobidə Capital FM bildirib.