İspaniya: Nəcislərlə mübarizədə itlərin DNT-si toplanacaq

İspaniyada it Fotonun müəllifi AFP
Image caption Bənzər, lakin daha məhdud proqramlar ABŞ və Britaniyada da tətbiq olunur.

İspaniyanın cənubundakı bələdiyyə küçələrdə it nəcislərini təmizləməyən şəxsləri müəyyənləşdirmək üçün itlərin DNT-lərini məlumat bazasına daxil edəcək.

Mislata şəhərinin rəsmilərinə əsasən DNT nümunələrini götürmək üçün itlər ilin sonunadək baytarlıq klinikalarına gətirilməlidir.

Qeydiyyatdan keçirilməyən it sahiblərinə 300 avro məbləğində cərimə tətbiq oluna bilər.

Məlumat bazasına daxil edilən itlər damğa daşımalı olacaqlar. Polis küçə təmizləyənlər tərəfindən tapılmış nəcis nümunələrini analiz üçün yerli laboratoriyaya təhvil verəcək.

Oxşar, lakin daha məhdud proqramlar ABŞ və Britaniyada da tətbiq olunur.

Mislata bələdiyyəsi xəbərdarlıq edir ki, itlərin nəcisilərini yığmaqdan imtina edən sahiblərə 200 avro cərimə kəsilə bilər.

Fotonun müəllifi AFP
Image caption Mislata rəsmiləri təşəbbüsün ictimaiyyət tərəfindən dəstəkləndiyini deyirlər.

İspaniyanın Valensiya şəhəri səkiləri təmiz saxlamaq üçün daha bir üsul təklif edib: burada it sahibləri nəcisləri yığmaq üçün birdəfəlik karton kürək ilə təchiz olunurlar, İspaniyanın ABC kanalı xəbər verir.

Bu barədə daha geniş