Volkswagen ətrafında qalmaqal böyüyür

VW logo Fotonun müəllifi Reuters

Almaniya prokurorları avtomobil nəhəngi Volkswagen şirkətinin rəhbərini də tullantı zondu ilə bağlı qalmaqal ətrafında istintaqa daxil edib.

Hans Dieter Poetsch ötən ilin sentyabrında, avtomobillərin ABŞ-da dizel tullantıları ilə bağlı sınaqlarını keçmək üçün saxtakarlıq etməsi bəlli olduğu zaman şirkətdə baş iqtisadçı vəzifəsində çalışırdı.

VW bildirib ki, Braunschweig-dəki prokurorlar şura üzvlərindən ikisini, cənab Poetsch və adı çəkilməyən başqa birini araşdırır.

Sentyabr ayında hazırki icraedici direktor Matthias Mueller söyləyib ki, şirkət dizellə çalışan avtomobillərində sınaqlardan keçmək üçün "böyük səhv" edib.

O əlavə edib ki, şirkət "Almaniya, Avropa və ABŞ hökümətləri ilə konstruktiv" əməkdaşlıq edir.

Qalmaqal - şirkətin dizellə işləyən avtomobillərinə nəticələri dəyişdirmək ehtimalı ilə sınaqlar barədə məlumat toplayan proqram yükləməsilə əlaqədardır.

Bu modelllərin bəzilərində çirkləndirici azot oksidi hüquqi müəyyən edilmiş 40 dəfəlik həddən daha çox buraxılıb, nəzarət qurumu bildirib.

Şirkət bildirib ki, bütün dünyada 11 milyon belə avtomobil satıb.