"Avtoş" qız Mara Baqdasaryan ictimai işlərə cəlb olunub

Moskva Fotonun müəllifi Getty Images
Image caption Küçə yarışlarının iştirakçıları cərimələri ödəməməkdə təqsirləndiriliblər

Moskvada Mercedes-Benz Gelandewagen avtomobili ilə yarışan "avtoş" (küçə yarışçısı) Mara Baqdasaryan cərimələrdən yayındığına görə məhkəmə tərəfindən ictimai işlərə cəlb olunub.

Məhkəmə qıza 75 saatlıq ictimai işlə məşğul olmaq cəzası verib.

Beləliklə 23 yaşı olan Baqdasaryan dəfələrlə inzibati məsuliyyətdən yayınmaqda təqsirli bilinib.

Baqdasaryan günahını etiraf edib və bildirib ki, qeydiyyatda olduğu ünvanda yaşamır və buna görə də cərimələrə dair bütün qəbzləri əldə edə bilməyib.

"Xərclərimi atam ödəyir, ödəniş etmək mümkündür", o deyib.

Mara Baqdasaryanın adı bundan əvvəl Lukoil neft şirkətinin menecerlərindən birinin oğlu Ruslan Şamsuvarovla hallanıb.

O da Mercedes-Benz Gelandewagen avtomobilində yarışdığı üçün 300 saatlıq ictimai işlərlə məşğul olma cəzasına məhkum edilib. Şamsuvarova qarşı hökm oktyabr ayının ortalarında çıxarılıb.