İstanbul: Tombilinin heykəli yerinə qaytarılıb

памятник коту Fotonun müəllifi AFP
Image caption Tombilinin oğurlanamsı barədə xəbər sosial şəbəkələrdə çoxsaylı qəzəbli şərhlərə səbəb olmuşdu.

İstanbulda bir neçə gün əvvəl yoxa çıxmış Tombili pişiyinə qoyulan məşhur heykəl əvvəlki yerinə qaytarılıb.

"Ötən gecə oğru heykəli yerinə qaytarıb [...] Tombilinin heykəli olduğu yerindədir", - Facebook səhifəsində "Anadolu Kedisi" layihəsinin fəalları bildirir.

Məlumat cümə axşamı günü dərc edilən fotoşəkillə müşayiət olunur.

Sosial şəbəkələrdə özünə məxsus oturma tərzinə görə məşhurlaşan pişiyə heykəl oktyabr ayında qoyulub.

Tombilinin xatirəsini əbədiləşdirmək üçün çağırış altında 17 min adam imza atıb.

Bundan sonra yerli hakimiyyət İstanbulun Kadıköy rayonunda pişiyə heykəl qoyacağı barədə qərar çıxarıb.

Fotonun müəllifi facebook/Anadolu Kedisi
Image caption "Аnadolu Kedisi" layihəsi yerinə qaytarılmış heykəlin görüntülərini paylaşıb.

9GAG saytında yerləşdirilmiş heykəlin görüntüləri internetdə paylaşılıb.

Fotonun müəllifi facebook/Anadolu Kedisi
Image caption Tombili sosial şəbəkələrdə məşhurlaşmışdı.

Heykəl noyabrın 8-ə keçən gecə yoxa çıxmışdı.

Tombilinin oğurlanması barədə xəbər sosial şəbəkələrdə çoxsaylı qəzəbli şərhlərə səbəb olmuşdu.

Bu barədə daha geniş