21-ci əsrin ən nəhəng Ayı

Çili Fotonun müəllifi Getty Images
Image caption Çilidə nəhəng Ay belə görünüb

21-ci əsrin ən nəhəng Ayını dünyanın müxtəlif yerlərindən müşahidə etmək mümkündür.

Ayı bir də bu ölçüdə yalnız 2034-cü ildə görmək mümkün olacaq.

Ay elliptik orbit üzərində hərəkət etdiyinə görə, ildə bir dəfə Yerə "ən yaxın nöqtəyə" çatır.

14 noyabr tarixində isə bu yaxınlaşma bütöv aya təsadüf etdiyi üçün xüsusi bir gündür.

Bu səbəbdən hadisəyə "Nəhəng ay" adı verilib

Bəs nəhəng Ay hadisəsi zamanı göydə və yerdə nə dəyişəcək?

Nəhəng Ay hadisəsi zamanı Ay həmişəkindən daha böyük və parlaq görünəcək, amma bu, Okeaniyanın daha böyük dalğalarla üzləşməsinə səbəb ola bilər.

Ayın 25 noyabr 2034-cü ilə qədər bu cür parlaq olmayacağı foto həvəskarlarının marağına səbəb olub.