Ağzına konserv bankası ilişən ayı “zibillənmənin xəbərdarlığıdır”

Güman edilir ki, banka dilinə ilişdiyindən ayı balası iki həftə yeyə bilməyib Fotonun müəllifi Dvorjchenko Vitaliy/The Siberian Times
Image caption Güman edilir ki, banka dilinə ilişdiyindən ayı balası iki həftə yeyə bilməyib

Ağzına konserv bankası ilişmiş qütb ayısının fotoları yayıldıqdan sonra ucqar Rusiya adasının canlı təbiət üzrə məsul şəxsi, sakinləri zibil atarkən ehtiyatlı olmağa çağırıb.

Vrangel adasının təbiət qoruğunun rəhbəri Aleksandr Qruzdev BBC-ə müsahibəsində bildirib ki, ayı balası bankanı iki həftə ağzından ayıra bilmədiyi üçün stresə düşüb.

Ehtimal olunur ki, bankanın kələ-kötür kənarları bala ayının ağzına ilişib.

Meşə gözətçiləri ayı balasına keyidici vurduqdan sonra, bankanı ağzından ayıra biliblər.

Siberian Times yazır ki, gözətçilər daha əvvəl ayını anası ilə birgə ağzında qatılaşdırılmış süd bankası qida axtarışında olarkən görüblər.

Fotonun müəllifi Dvorjchenko Vitaliy/The Siberian Times
Image caption Bankanı ayıra bilmək üçün ana və bala ayının hər ikisinə keyidici vurulub
Fotonun müəllifi Dvorjchenko Vitaliy/The Siberian Times
Image caption Buna görə ayıların uzun müddətli yaradan əziyyət çəkməyəcəyi gözlənilir

Meşə gözətçiləri bankanı heyvanın dilindən ehtiyatla və qanaxmasız ayıra bilmək üçün ana və bala ayının hər ikisinə keyidici vurublar.

"Xoşbəxtlikdən, hər şey yaxşı qurtardı və gələcəkdə oxşar hadisələrin baş verməyəcəyinə ümid edirik," cənab Qruzdev BBC-ə deyib.

"Amma tullantıların vəhşi heyvanlar üçün riskli olduğunu bir daha görmüş oluruq."

Cənab Qruzdev adanın canlı təbiətinə təsir edən oxşar bir neçə hadisənin baş verdiyini də qeyd edib.

"Heyvanlar yemək saxlanılan plastik torbaları yeyə bilərlər," o söyləyib.


Vrangel Adası

  • Ən sıx məskunlaşmış qütb ayısı yuvasına sahibdir
  • Güman edilir ki, nəsli kəsilməmişdən öncə yunlu mamontların yaşadığı son yer olub
  • Adadan və Çukça Yarımadasından yayınmaq üçün Beynəlxalq Demarkasiya Xətti yeri üzü şərqə tərəf dəyişdirilib
  • Rusiyanın materikdəki ən yaxın torpağına qədər 140 km məsafədə yerləşir
  • Demək olar ki, adanın federal şəkildə qorunan təbiət qoruğuna Rusiyanın Milli Sərvətlər və Ekologiya Nazirliyi nəzarət edir
  • Bir sahildən digərinə eni 125 km, uzunluğu isə 145 km-dir

"Hətta bir dəfə tülkü başını şüşə butulkaya salmışdı və çıxara bilmirdi."

"Biz tez-tez insanlara zibili atmanın daha səmərəli yollarını göstəririk."

Fotonun müəllifi Wrangel Island Nature Reserve/The Siberian Times
Image caption Ayının bankanı qütb ayıları və digər vəhşi heyvanları qorumaq məqsədilə toplanan zibilin içindən götürdüyü güman edilir

Cənab Qruzdev bildirib ki, həmin konserv bankası hətta Sovet dövründən qalma zibilləri adadan təmizləmək üçün təyin olunmuş işçilər tərəfindən atılıb.

"İşçilər çəlləkdən zibil qutusu kimi istifadə edirdilər," o deyib. "Onlar boş konserv bankaları da daxil olmaqla düşərgədən qalma hər şeyi bir yerə toplayırdılar ki, yığdıqları zibil ilə birgə onlar da adadan götürülsün."

"Ayı balası yəqin ki, qabı götürülməmişdən qabaq tapıb. Çox güman ki, o, bankanın içini yalamaq istəyib və dili dəmirə ilişib."

Meşə gözətçilərinin dediklərinə əsasən balaya heç bir ziyan dəyməyib. Qütb ayıları və digər vəhşi heyvanlar üçün zərərli olan tonlarla zibili yığışdırmaq üçün isə işlər hələ də davam edir.