Fiat ailəsinin varisinin yalanı: "girov götürüldüm"

Lapo Elkann Fotonun müəllifi EPA

İtaliyanın məşhur brendi Fiat-ın yaradıcısının nəvəsi Lapo Elkann, New York-da bir eskortla iki gün ərzində əyləndikdən sonra pulsuz qalıb və ailəsinə qaçırılması barədə yalan söyləyib.

O bu yolla ailəsindən pul almaq istəyib. Lakin məsələnin məğzi ortaya çıxanda o həbs edilib.

39 yaşlı Lapo Elkann ötən həftə ailəsinə zəng edərək "trans bir seks işçisi tərəfindən girov alındığını və qurtulması üçün 10 min dollar pul istənildiyini söyləyib", ABŞ və İtaliya mediası yazıb.

Lakin ailəsi polisə məlumat verdikdən sonra bu ssenarinin yalan olduğu aşkarlanıb.

Polis bildirib ki, Lapo Elkann bir eskort ilə iki gün içdikdın və narkotik istifadə etdikdən sonra pulu bitib və bu səbəbdən belə yalan danışıb.

Elkann polisə yalan məlumat verməkdə ittiham olunaraq həbs edilib, o iki il müddətinə həbs edilə bilər.

Fotonun müəllifi AFP