Dünyanın ən böyük maral sürüsü azalır

Təbiətdəki dəyişikliklərə görə marallar köç yolunda gəzmək əvəzinə, üzməli olurlar. Fotonun müəllifi Thinkstock
Image caption Təbiətdəki dəyişikliklərə görə marallar köç yolunda gəzmək əvəzinə, üzməli olurlar.

Dünyanın ən böyük şimal maralının sürüsü 2000-ci ildən bəri 40 faiz azalıb.

Xəbərdarlıqda Rusiyanın şimalında yerləşən Taymır yarımadasında yaşayan maralların azalmasına səbəbin temperaturun qalxması və insan aktivliyinin olduğu deyilir.

Bu, heyvanların ənənəvi köç xüsusiyyətlərinin dəyişməsinə səbəb olur.

Araşdırma Amerika Geofiziki İttifaqının (AGU) payız iclasında təqdim edilib.

"Əhəmiyyətli azalma var - dünyanın başqa ərazilərində olan vəhşi maralların sayında da azalma görürük", ABŞ-ın Şimali Iowa Universitetində Arktik Mərkəzin rəhbəri Andrey Petrov bildirib.

Taymır sürüsü təxminən 50 ildir ki alimlər tərəfindən nəzarətdədir.

2000-ci ildə onların sayı 1 milyona çatıb, indiki araşdırma nəticəsində isə cəmi 600 min maral qaldığı bəlli olub.

"İqlim dəyişikliyi səbəblərdən biridir", professor Petrov bildirib.

Onun sözlərinə görə, son 20 ildə temperatur 1.5 dərəcə artıb.

Bundan başqa sənayenin inkişafı da bu regionda heyvanların paylaşımına təsir edir.

Alimlər bildirib ki, bu yay marallar insan aktivliyindən yayınmaq üçün şərqə tərəf, həmçinin şimala tərəf yer dəyişiblər.

Alimlər maralların daha soyuq əraziyə köçmək, həmçinin isti və nəm havada yaranan ağcaqanadlardan qaçmaq üçün belə etdiyini güman edir.

Image caption Taymırın vəhşi maralları dünyada ən böyük sürüdür

Bu isə onların yay və qış arasında miqrasiyasının məsafəsini uzadır.

Cənab Petrova görə, bu isə uzun köç yolunda maral balalarının ölümünə səbəb olur.

O əlavə edir ki, regionda çayların suyunun artması səbəbilə marallar köç yolunda gəzmək əvəzinə, üzməli olurlar.

Professor Petrov qeyd edir ki, sürünün sayının azalmasına yol vermək olmaz.

"Şimal maralları biomüxtəliflikdə - onlar Arktik yemək zəncirinin bir hissəsidir - çox əhəmiyyətlidir və onlarsız başqa heyvanlar da problem yaşaya bilər", o izah edir.

"Digər tərəfdən onlar yaşadıqları ərazilərdə yerli insanların sağ qalması üçün həyati əhəmiyyət daşıyır".

Fotonun müəllifi Science Photo Library
Image caption Marallar yerli insanların həyatı üçün də əhəmiyyət daşıyır

Əlaqəli mövzular

Bu barədə daha geniş