Günəş vannasından doymayan Yeni zelandiyalı suiti

Suiti Fotonun müəllifi Newshub
Image caption Bu yaxınlarda o özünə yeni məkan tapib - səhərin məşğul saatlarından, yolun düz ortasında uzanıb.

Yeni Zelandiyanın cənub adasında bir suiti maşın yolunun ortasında Günəş vannası qəbul etmək adətindən əl çəkməməsi ilə məhşurlaşıb.

Yeni Zelandiyada indi yayın qızmar vaxtlarıdır. Yerlilərin bəzən Robbie, bəzən də Dale kimi çağırdığı bu suitini tez-tez yollarda, cığırlarda və bağlarda görmək olar. Dunedin şəhərinin müxtəlif guşələrində o, özünü günə verməklə məşğuldur, Newshub saytı yazır.

Bu yaxınlarda isə o özünə yeni məkan tapib - səhərin məşğul saatlarında, yolun düz ortasında uzanıb və yerlilər onu yoldan çıxarmaq üçün polis çağırmalı olublar.

Otago Daily News saytında göstərilir ki, heyvanları mühafizə işçiləri heyvanı dənizə böyük lövhənin üzərində aparmalı olub.

Newshub yazır ki, bu suiti Dunedin şəhərinə tez-tez qonaq gəlir - həftədə iki-üç dəfə sudan çıxıb özünü küçələrdə günə verir. Hətta ötən ay onun Günəş vannası qəbul etməsi sessiyasını yarımçıq qoymağa mühafizə işçiləri onuncu dəfə çağrılıb, Stuff news portalı yazır.

"Məni o qədər yaxşı tanıyır ki, artıq hər dəfə məni görəndə sadəcə arxasını çevirib suya girir", Mühafizə Departamentinin rəsmisi deyib.

Fotonun müəllifi Hamish McNeilly/Suff.co.nz
Image caption Suiti bir daha dənizə qaytarılıb.