Nokia 6: ilk Nokia Android telefonu ilə tanış ol

Nokia 6 Fotonun müəllifi Nokia
Image caption Nokia 6 - Nokia brendini daşıyan ilk Android telefonudur

Nokia brendini daşıyan ilk Android smartfonu yalnız Çində satılacaq.

Cihaz yerli onlayn satış nəhəngi olan JD.com ilə birlikdə bazarlara çıxarılacaq.

Nokia 6-nı icad edən komanda ümid edir ki, yerli bazar telefonun "yüksək keyfiyyətli dizaynını" bəyənəcək.

Nokia daha öz brendini daşıyan telefonları icad etmir, lakin HMD Global adlı Finlandiya şirkətinə adını istifadə etməyə icazə verib.

İndiyə qədər bu razılaşma ilə buraxılan telefonlar sadə mobil telefonlar idi.

Fotonun müəllifi HMD Global

Bir müddət mobil telefon bazarına liderlik edən Nokia, 10 il öncə buraxılan iPhone və Android telefonlarından sonra çətinlik çəkib.

HMD hazırda telefonu yalnız Çində buraxıb lakin gözlənilir ki, fevralda Barcelona şəhərində keçiriləcək sərgidə digər buraxılışların detalları bəlli olacaq.

Fotonun müəllifi HMD Global
Image caption HMD Gobal şirkəti dünyanın müxtəlif yerlərində Nokia 150 kimi sadə telefonları satır

Nokia 6 telefonu "Nougat" kimi tanınan ən sonuncu Android 7.0 əməliyyat sistemi ilə işləyir. Telefonun xüsusiyyətləri:

  • 14sm 1080p "tam yüksək keyfiyyətli" ekran
  • 16 megapixel arxa kamera
  • 4GB RAM, 64GB yaddaş həcmi
  • Dolby Atmos ilə işləyən 2 gücləndirici - HMD deyir ki, buna görə telefondan gələn səs "istifadəçiləri tamamilə əhatə edir"

Qiymət: 1,699 yuan ($245; 443 AZN).

Əlaqəli mövzular

Bu barədə daha geniş

Əlaqəli internet linkləri

BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır