Avropa Parlamenti robotların “elektron şəxsiyyət ” olub olmadığını müzakirə edir

Robot Fotonun müəllifi Thinkstock

Avropa Parlamenti insanların süni intellektlə və robotlarla ünsiyyət qaydalarını müəyyən edəcək qanunu səs verməyə çıxarmaq niyyətindədir.

Avropa parlamentarilərinin fikrincə dünya yeni robotlar sənayesi inqilabının astanasındadır. Avopalı qanundvericilər gələcək robotlara "elektron şəxsiyyət" statusu verilib-verilməməsini müzakirə edəcəklər.

Avropa Parlamentinə təqdim edilən hesabatın tövsiyyəsinə görə robotu hazırlayanlar lazım olan təqdirdə onun bütün funksiyalarını söndürməyə imkan verən qurğunun yerləşdiriləcəyinə dair təminat verməlidirlər.

Hesabata görə robot istifadəçiləri fiziki və psixoloji zədə almaq təhlükəsindən, qorxusundan sığortalanmalıdırlar.

Fotonun müəllifi iStock

Hesabatın ehtimallarına görə robotlar və süni intellektin digər formaları cəmiyyətin bütün sahələrinə sirayət edəcək yeni sənaye inqilabına başlamağa qadir.

Robotların yeni nəsli faktiki olraq sərhədsiz rifaha gətirib çıxara bilər.

Bununla yanaşı ortaya əməklə bağlı bəzi suallar cıxır. Görəsən Avropa İttifaqı üzvü ölkələr robotların insanlardan bir çox iş yerlərini əlindən aldığına görə minimal mütləq gəlir vergisi tətbiq etməyə məcbur ediləcəkmi?

Hesabatın proqnozlarına görə bir neçə onillikdən sonra süni intelekt öz imkanlarına görə insanları geridə qoyacaq.

Əgər buna hazırlıq görülməsə maşınların intellektual üstünlüyü robotların yaradıcılarına belə onlara nəzarət etmələrini ciddi şəkildə çətinləşdirə bilər. Hətta insanlara öz həyatlarının sahibi olması belə problem yarada bilər.

Fotonun müəllifi Thinkstock

Hesabat elmi fantastikaya - robotlar üçün 3 məcburi qaydaya müraciət edib. Bu qaydalar ilk dəfə 1942-ci ildə amerikalı yazıçı İsaak Ozimov tərəfində n "Runaround" kitabında formalaşdırırlıb.

Bu qaydalar robotların davranışlarını müəyyən edir.

Bu qanunlar robot yaradıcılarına, ishetsalçıalarına və operatorlarına təqdim ediləcək. Cünki bu qanunları birbaşa maşınları idarə edən rəqəmsal koda keçirmək mümkün deyil.

Bu qaydalar robot texnikasının 3 qanunu kimi məhşurdur:

  • 1. Robot insana ziyan vura bilməz və ya öz hərəkətsizliyi ilə insanın xəsarət almasına səbəb ola bilməz.
  • 2. Robot insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir, yalnız əgər əmr birinci qanuna zidd deyilsə .
  • 3. Robot öz təhlükəsizliyini yalnız 1-ci və 2-ci qanuna zidd olmadıqda qoruya bilər .

Hesabatda qeyd olunur ki, robot texnikası sahəsində tədqiqatlar insan haqları və marağı əsasında aparılmalıdır.

İstehsalçılardan öz robotlarını qeydiyyatdan keçirmək, bədbəxt hadisə zamanı və ya robotlar maddi ziyan vurduqları zaman tədqiqat aparmaq üçün giriş kodu təqdim etmələrinii tələb etmək lazımdır.

İstehsalçıların yeni robotların hazırlanması üçün Elmi Etika Komissiyasından icazə almaları da istisna olunmur.

Hesabat robot və süni intellekt üzrə Avropa Agentliyinin yaradılmasını da təklif edib. Bu agentlik texnika və etika sahəsində, həmçinin insan və robot arasında münasibətin nizamlanması sahəsində ekspertizalar apara biər.

Hesabat həmçinin robot texnikası sahəsində hüquqi məsuliyyətin tətbiq edilməsini nəzərdə tutaraq ehtmal edir ki, məsuliyyətin səviyyəsi onun göstəricilərinin səviyyəsində olmalıdır.

Fotonun müəllifi AFP

"Robotun müstəqillik və təlim imkanı nə qədər çox olarsa digər tərəfin məsuliytyəti daha az olar. Robotu öyrətmək prossesi nə qədər çox davam edərsə onun müəlliminin məsuliyyəti daha yüksək olar " - deyə hesabat müəllifləri idiia ediblər.

Robot ishehsalçılarının və sahiblərinin gələcəkdə robotun vurduğu ziyanı ödəmək üçün sığortalanacaqları da ehtimal olunur.

Avropa Parlamentinin deputatları bu qanun layihəsinə səs verəcəyi təqdirdə layihə müzakirə və dəyişikliklər edilməsi üçün Aİ üzvü ölkələrinə təqdim olunacaq. Yalnız bundan sonra layihə qanun kimi ğz əksini tapa bilər.