Kamiyah Mobley: oğurlanmış körpə 18 yaşında Cənubi Carolinada tapılıb

Kamiyah Mobley və Gloria Williams Fotonun müəllifi Jacksonville Sheriff's Office
Image caption Kamiyah Mobley və həbs edilmiş qadın, Gloria Williams

18 il öncə ABŞ xəstəxanasında oğurlanmış yeni doğulmuş uşaq tapılıb, polis deyir.

Kamiyah Mobley 1998-ci ildə oğurlanmışdı.

Cənubi Carolina ştatında yerli hakimiyyət orqanları 51 yaşlı Gloria Williams-ı adam oğurlamaq ittihamı ilə həbs ediblər.

Kamiyah Mobley başqa adla tanınırdı və elə bilirdi ki, xanım Williams anasıdır. Xəbər gənc qadının bioloji ailəsinə çatdırılıb.

Mobley-nin kimliyi DNT testi vasitəsilə təsdiqlənib, yerli polis bildirir.

O, sağlam və "normal 18 yaşlı qadın" kimi davranırdı, polisin məlumatında deyilir.

Məlumata görə, oğurlanmadan sonra polisə daxil olan 2500-ə yaxın məlumat araşdırılıb, amma ötən il "Missing Kids" təşkilatına verilən məlumat nəhayət ki, işi həll edib.

Doğulandan cəmi 8 saat sonra oğurlanan uşağı özünü səhiyyə işçisi kimi təqdim edən qadın qaçırdıb.

Həmin qadın Kamiyah-nın anasına deyib ki, körpənin qızdırması var və onu yoxlamaq lazımdır. Bundan sonra o, uşaqla otaqdan çıxaraq yoxa çıxıb.

Onun bioloji ailəsinə məlumat çatdırılsa da polis deyir ki, Kamiyah yetkinlik yaşına çatıb və ailəsi ilə görüş barədə seçimi özü etməlidir.

"O oğurlananda yenicə doğulmuşdu və bütün bu baş verənləri anlamaq üçün vaxt lazımdır..." - Jacksonville şəhərinin şerifi Mike Williams deyib.

Bu barədə daha geniş