Şifrələmə nöqsanı WhatsApp mesajlarını "ifşa edir"

WhatsApp Fotonun müəllifi PA
Image caption Araşdırmalara əsasən, bəzən hücumçular WhatsApp-ın şifrələmə sistemindən keçə bilir

Bəzi araşdırmalara əsasən WhatsApp-dakı nöqsan nəticəsində bu tətbiq vasitəsilə göndərilən bəzi mesajları üçüncü tərəf oxuya bilər.

Nöqsan, WhatsApp-ın mesajları necə şifrələdiyinə görə əmələ gəlir.

Təhlükəsizlik eksperti Thomas Boelter aşkar edib ki, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda mesajları gizlincə oxumaq mümkün olur.

Cənab Boelter WhatsApp-a sahib olan Facebook şirkətinə bu barədə 2016-cı ilin aprel ayında məlumat verib, lakin Facebook nöqsanın həlli üzrə işləmədiyini deyir.

Onun aldığı cavabda deyilir ki, bu hal gözləniləndir.

"Arxa qapı"?

"The Guardian" qəzetinə danışan məxfilik fəallarına əsasən bu nöqsan söz azadlığını "böyük təhlükə" altına qoyur. İddia olunur ki, hökumətlər və ya hakimiyyət orqanları bu qüsurdan istifadə edərək, məxfi yazışdıqlarını düşünən adamları izləyə bilər.

WhatsApp bu cür iddialara və araşdırmaya reaksiya olaraq bəyanat verib. Şirkət deyir ki, qüsur, istifadəçilərin yazışmalarını oxumaq istəyən hökumətlərə şərait yaratmaq üçün bilərəkdən qoyulan "arxa qapı" deyil.

"Bu iddia səhvdir", şirkət deyib. "WhatsApp hökumətlər üçün öz sisteminə "arxa qapı" yaratmır və arxa qapının yaradılmasını istəyən hər hansı hökumətə qarşı mübarizə aparardı".

Nöqsan necə baş verir?

Bu qüsur, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda əmələ gəlir.

Cənab Boelter aşkar edib ki, bəzi hallarda hücumçular yalandan özlərini mesajı alan şəxs kimi göstərərək WhatsApp-ı şifrələmə kodlarını yenidən göndərməyə məcbur edə bilər,

Bu sistemi manipulyasiya edə bilən hücumçular yazışmaları oxuya bilər, cənab Boelter deyir.

WhatsApp öz bəyanatında deyib ki, əks halda itiriləcək milyonlarla mesajı qorumaq üçün bu qərarı verib.

Əlaqəli mövzular

Bu barədə daha geniş