Yeni kəşf edilən güvə növünə Trump-ın adı verilib

Güve Fotonun müəllifi Dr. Vazrick Nazari

Yeni kəşf edilən bir güvə növünə ABŞ-ın yeni prezidenti Donald Trumpın adı verilib.

Güvə, California Universitetindəki Entomologiya Muzeyində böcək kolleksiyalarını araşdıran Dr. Vazrick Nazari tərəfindən kəşf edilib.

Alimlər bir güvənin digərlərindən fərqli olduğunu anlayıb. Sonra isə bunun heç bilinməyən bir güvə növü olduğu bilinib.

Sarı tükləriylə ona Trumpı xatırlatdığını söylən Dr.Nazari güvəni onun şərəfinə 'Neopalpa donaldtrumpi' adlandırıb.

Ötən il bir balıq növünə də ABŞ prezidenti Barack Obamaya "bənzərliyinə" görə "Tosanoides Obama" adı verilib.