Britaniyasayağı dress-kod: xarici görünüşünüz rəhbərinizi narahat etməlidirmi?

помада Fotonun müəllifi Getty Images
Image caption Bəzi Britaniyalı işəgötürənlər parlaq, cəlbedici dodaq boyasının əleyhinədirlər

Bir qədər əvvəl Böyük Britaniya parlamentində istehlakçıların diqqətini cəlb etmək üçün əməkdaşlarını müəyyən geyimlər geyinməyə məcbur edən işəgötürənlərin cərimələnməsi təklifləri səslənib. Məsələ ondadır ki, bir çox təşkilatlar və şirkətlər həqiqətən əməkdaşlarından forma geyinmələrini xüsusilə tələb edirlər.

Bu tələblər nə dərəcədə qanunidir?

Xanım əməkdaşdan hündür daban ayaqqabı geyinməyi tələb etmək olarmı?

"Xeyr, belə bir tələb cinsi ayrıseçkilik kimi qiymətləndirilə bilər və bu da qanunun pozulması deməkdir. Əgər işəgötürənlər kişilərə deyil, yalnız xanım əməkdaşlara qarşı belə tələb irəli sürərsə, bunu birbaşa cinsi ayrıseçkilik kimi qiymətləndirmək olar. Əgər xanım əməkdaş bu tələbin onu və qadınları çətin vəziyyətə saldığını sübut edərsə, onda istənilən məhkəmə bunu qayda-qanun kimi və ya cinsiayrıseçkilik tələbi kimi qəbul edə bilər. Bununla yanaşı xanımın bu tələbdən sağlamlığına ziyan vurulması sübut edilərsə, ona bu iş iddiaçının xeyrinə həll olunar", - deyə CMS hüquq şirkətindən olan Lora Allner deyib.

Fotonun müəllifi Getty Images
Image caption Hüquqşünas Lora Allnerin firkincə, işəgötürənlərə qadınlardan hündür daban ayaqqabı geyinmək tələbini izah etmələri çətin olacaq

Əməkdaşlardan xarici görünüşlə bağlı nəyi tələb etmək olar?

Fotonun müəllifi Getty Images
Image caption Məsələn, işçilərdən döymələrini gizlətmək tələb oluna bilər

İşəgötürənlər tabeçiliyində olanların xarici görünüşünə müəyyən şərtlərlə, cinsi ayrıseçkilik kimi qəbul edilməyən hansısa qaydaları tətbiq edə bilərlər.

"Məhkəmədə başlıca məsələ işə götürənlərin əməkdaşlarının geyiminə olan tələbləri məntiqlə və müəyyən işgüzar məqsədlərin əldə olunmasında mütənasib olduğunu sübut etməkdir. Məsələn, əgər sağlamlıq və təhlükəsizlik baxımıdan işçidən baş geyimi və qısa saç tələb olunarsa, bu qəbul ediləndir.

Amma əgər bu sadəcə rəhbərin zövqünə görə tələb olunarsa, buna haqq qazandırmaq çətindir. Bir qədər əvvəlki məhkəmə iddiaları iş yerində dini rəmzlərin saxlanılmasıyla bağlı idi. Bu işlər onu göstərdi ki, çox şey yerinə yetirilən işin xüsusiyyətindən asılıdır", -deyə Lora Allner bildirib.

Ayrıseçkiliyə qarşı necə şikayətçi ola bilərsiniz?

Böyük Britaniyada işçi rəsmi və ya qeyri-rəsmi şəkildə şikayət ərizə ilə müraciət edə bilər.

"Əgər işçi şikayət ərizəsiylə bağlı qərarın çıxarılmasını tələb edirsə, onda iş xüsusi əmək tribunalına göndərilir. Yalnız bundan sonra şikayət ərizəsi məcburi tələb kimi qəbul olunur. İstənilən halda işçiyə hər hansı addımı atmazdan əvvəl hüquqşünasla məsləhətləşmək tövsiyyə olunur. İşçi işdən azad edildiyi zaman və ya şirkətin cinsi ayrıseçkilik siyasətinə görə özü işdən gedərsə o zaman qeyri-qanuni işdən çıxarılması barədə iddia qaldıra bilər", - deyə hüquqşünas məsələyə belə aydınlıq gətirib.

Qanunu pozan şirkət necə cəzalandırılır?

Fotonun müəllifi Getty Images
Image caption Parlaq, cəlbedici rəngli dırnaq boyaları administrasiyanın narazılığına səbəb ola bilər

İşçi cinsi ayrıseçkiliyə məruz qaldığını sübut edəcyi təqdirdə ona dəyən mənəvi ziyana görə təzminat təyin olunur.

Bu təzminatın miqdarının müəyyən edilmədiyini söyləyən xanım hüquqşünas adətən məbləğin o qədər də böyük olmadığını qeyd edib.

"Lakin işdən çıxarılan zaman ödənilən təzminat adətən itirilmiş gəliri təmin etməlidir. Qeyri-qanuni işdən çıxarılması məsələsində cinsi ayrıseçkilik elementi olmadığı təqdirdə qanun təzminatı işçinin illik əmək haqqı məbləğiylə məhdudlaşdırır".