Kitab 43 ildən sonra kitabxanaya qaytarılıb

Maureen Drever
Image caption Kitabxana işçisi Maureen Drever kitab qaytarılarkən onun təhvil vermə tarixinə nəzər salıb.

Britaniyada bir kitab təhvil vermə müddətindən 43 il keçmiş kitabxanaya qaytarılıb.

Yerli şair və yazıçı Edwin Muir-in bioqrafiyası Şotlandiyanın şimalındakı Orkney Kitabxanasına 1973-cü il 24 oktyabrda qaytarılmalı idi.

Kitab ev təmizlənərkən aşkar olunub.

Kitabxananın müdiri Gary Amos bu kimi hadisələrin müntəzəm olaraq baş verdiyini deyir.

O, kitabı təhvil verən şəxsin cərimə ödəmədiyini qeyd edib.

Fotonun müəllifi Orkney Library