Yəhudi səhrası: əlyazmaların olduğu yeni mağara aşkar edilib

Fotonun müəllifi Casey L. Olson and Oren Gutfeld

Arxeoloqlar, Yəhudi səhrasında 60 ildən sonra, bir zamanlar Ölü Dəniz əlyazmalarına ev sahibi olan mağara aşkarlayıblar.

İsrailin İvrit Universiteti bildirib ki, mağarada qədim perqamentlər yoxdur və çox güman ki, 1950-ci illərdə bədəvilər tərəfindən talanıb.

Ərazidə saxlama bankaları, manuskripti lülə ambalajların fraqmentləri və dəri bağlama ipləri tapılıb.

Əlyazmalara ivrit, aramik və yunan dillərində 800-dən çox heyvan dərisi və papirus üzərində yazılmış sənədlər daxildir və onlar eramızdan əvvəl 4-cü əsrə gedib çatır.

Dini yazılarla yanaşı, burada eramızın 1 və 2-ci əsrlərində həyat haqqında da məlumat mövcuddur.

İlk Ölü Dəniz əlyazmaları 1947-ci ildə aşkarlanıb.

Qazıntıları aparan komandaya Qüdsdə yerləşən İvrit Universitetindən Dr. Oren Gutfeld və Ahiad Ovadia və Virginia-da yerləşən Liberty Universitetindən Dr. Randall Price rəhbərlik edir.

Komanda, oğurlanmış lülələrin saxlandığı saxsı bankaların parçalarını aşkarlayıblar Fotonun müəllifi Casey L. Olson and Oren Gutfeld
Image caption Komanda, oğurlanmış lülələrin saxlandığı saxsı bankaların parçalarını aşkarlayıblar

"Bu günədək Ölü Dəniz Lülələrinin Qumranda yerləşən 11 mağarada yerləşdiyi düşünülsə də, biz, heç şübhəsiz 12-ci mağaranı tampışıq," Dr. Gutfeld deyib.

"Biz heç bir lülə tapmadıq və əvəzində "yalnız" bir bankaya salınmış perqament aşkarladıq. Heç şübhəsiz ki, lülələr oğurlanıb."

Komanda həmçinin, əqiq daşından hazırlanmış möhürü də üzə çıxarıb. Bu, miladdan öncəki insanların səhradakı mağarada yaşadıqlarının sübutudur.

Bədəvilərin talanı fikri isə, mağaraya gedən tuneldə 20-ci əsrin ortalarından qalma iki dəmir külüng başından qaynaqlanır.

"Təsəvvür edirəm onlar tunelə giriblər, lülə bankaları tapıblar və onları götürüblər," Dr. Gutfeld söyləyib. "Onlar, hətta, lülələri açıb və parça və saxsıları ətrafa səpələyiblər."

O bildirib ki, bu, hələ aşkarlanası yüzlərlə mövcud mağara tapıntıları seriyasının ilki ola bilər.

Manuskript lülələri bağlamaq üçün istifadə olunan parça Fotonun müəllifi Casey L. Olson and Oren Gutfeld
Image caption Lülələri bağlamaq üçün istifadə olunan parça
Komanda həmçinin, əqiq daşından hazırlanmış möhürü də üzə çıxarıb Fotonun müəllifi Casey L. Olson and Oren Gutfeld
Image caption Komanda həmçinin, əqiq daşından hazırlanmış möhürü də üzə çıxarıb

Fotolar: Casey L. Olson and Oren Gutfeld