Mastektomiya əməliyyatı keçirən qadınlara əminlik bəxş edən 3D döş döyməsi

  • 11 Fevral 2017
"Giləsiz sinə, eybəcər görünür, döşə yox, bir tikə ətə bənzəyir." Fotonun müəllifi Permanent make up by Claire Louise
Image caption "Giləsiz sinə, eybəcər görünür, döşə yox, bir tikə ətə bənzəyir."

Yanvarın 19-u Claire Louise Willis, 3D formalı döş gilələri döyməsi şəkilini Facebook-a yüklədikdə, bunun yaradacağı səs-küydən xəbərsiz idi.

Qısa müddət ərzində foto, 89.000 dəfə paylaşılır və dünya üzrə 8 milyon yarım insana çatır. Claire, mastektomiya əməliyyatı keçirmiş yüzlərlə qadından bu döymə ilə bağlı istək təklifi almağa başlayır.

Döymə vasitəsilə areola yaradılması yeni bir şey deyil və Claire ayda 3 dəfə təmənnasız şəkildə müştərilərinə təklif edirdi.

Lakin, bu yeni üsul detallı və daha real göründüyü üçün, internetdə geniş marağa səbəb olur.

Artıq, aylıq pulsuz prosedurlar, 2018-ci ilin fevralınadək dolub.

"Mənim yanıma gələnədək bu qadınlar, bir çox əziyyətə qatlaşmalı olublar... Onlar həmçinin, ən azı bir gəlir mənbəyini itirdiklərinə görə maddi cəhətdən də, yaxşı vəziyyətdə olmurlar, bu səbəbdən, ayda bir dəfə təklif etdiyim pulsuz estetik müalicə, əlimdən gələn və həvəslə gördüyüm bir işdir," o, BBC Mundoya müsahibəsində deyib.

"Müalicədən keçən bütün qadınlar, bu keyfiyyətdə bir şeyə sahib olmağa layiqdirlər," o əlavə edib.

"Onlar özlərini yenidən tam hiss edirlər"

Bərpaedici döş əməliyyatı keçirən qadınların əksəriyyəti, nəticədən razı deyillər.

Bərpaolunma onlara döş versə də, gilə verə bilmir.

"Giləsiz sinə, eybəcər görünür, döşə yox, bir tikə ətə bənzəyir," Claire izah edir.

Fotonun müəllifi Permanent make up by Claire Louise
Image caption Jo 17 il döş giləsi olmadan yaşayıb

Buna görə də onlar üçün, döş giləsi və özlərini əmin hiss etmək rahatlığı çox mühümdür.

Bu, adi estetik sualdan da ötədir. "Onlar özlərini yenidən tam və qadın kimi hiss edirlər" o deyib.

Nəticəni görən qadınlar, "xoşbəxt olur, çoxu sevincdən ağlayır, çox təsirlidir".

"Güzgüyə baxdıqda normal vəziyyətimizi görməyə öyrəşmişik. Nəyinsə çatışmadığını görmək, bizi məyus edir," Claire söyləyib.

Bundan başqa, kosmetik döymə mütəxəssisi əlavə edir, əksər qadınlar özlərini, ərlərinin yanında utancaq hiss edirlər, çünki, "oradakı bir şey yerində deyil."

"Bu, onlara özünəinam və xərçəngin onlardan qopardığı son parçanı geri qaytarır."

Döş giləsiz 17 il

Jo Storey saç ustasıdır və 17 il sağ döşünün giləsi olmadan yaşayıb.

"Özümü daha çox qadın kimi hiss edəcəyimi düşünürəm, əvvəl olduğum qadın kimi," o, döymə prosesindən əvvəl BBC-ə bildirib.

Fotonun müəllifi Permanent make up by Claire Louise
Image caption "Özümü daha çox qadın kimi hiss edəcəyimi düşünürəm, əvvəl olduğum qadın kimi," Jo, döymə prosesindən əvvəl BBC-ə bildirib.

İndi isə o, nəticədən razıdır.

"Yaxşı görünür və özünü yenidən əmin hiss edirsən," Jo BBC-yə söyləyib.

Hətta Montgomery vəziləri

Yeni 3D üsulundan Claire yalnız 3 aydır ki, istifadə edir və prosedur 40 dəqiqə çəkir.

Yeni üsulun təklif etdiyi "kölgələmə və ya dikləşdirmə yolu vasitəsilə, çoxlu incə detallar yaratmaq mümkündür," mütəxəssis izah edib.

"Dikliyi, yaxşı kölgələr ilə qabartmaq olduğu üçün, areola və ya Montgomeri vəziləri yaradıb altından kölgələmək də olur," o təsvir edib.

Fotonun müəllifi Permanent make up by Claire Louise
Image caption Bu 3D döymə, başqa bir kosmetik döymə mütəxəssisi Belinda Hayle tərəfindən yaradılıb

Təsiri dərhal görmək mümkündür, amma bir həftə sonra qızartının çəkilməsi ilə, dəridəki piqmentlər daha yaxşı gözə çarpır.

Claire, daha çox kosmetik döymə rəssamlarının bu üsulu öyrənəcəyinə və sinəsi yenidən bərpa olan qadınların ehtiyaclarını ödəyəcəklərinə ümid edir.

Bu barədə daha geniş