İtlər "sahiblərinin xasiyyətlərini əks etdirir"

Gənc qız balaca itlə oynayır Fotonun müəllifi Thinkstock
Image caption İtlər insanların hisslərinin "güzgüsü" hesab oluna bilər

İtlərin sahiblərinin xasiyyətini əks etdirdiyi barədə fikirlər artıq elmi baxımdan dəstəklənir.

Avstriyada alimlər deyirlər ki, itlər sahiblərinin narahatlığını və mənfi hisslərini əks etdirə bilər.

Rahat, mehriban itlər isə bu keyfiyyətləri insanlara bəxş edərək sahiblərinə stresin öhdəsindən gəlməyə kömək edə bilər.

100-dən çox it və onların sahibləri müxtəlif testlərdən keçib, o cümlədən ürək ritmi və təhlükəyə reaksiya.

Stresin əlaməti olan kortizol səviyyələrini ölçmək üçün tüpürcək nümunələri də götürülüb.

Bundan başqa sahibləri beş əsas xasiyyət əyarına əsasən qiymətləndiriblər: əsəbilik, ünsiyyətcillik, yeni təcrübələrə açıqlıq, xoşagəlimlilik və vicdanlılıq.

İtlərin xasiyyətləri də anket vasitəsilə qiymətləndirilib.

Vyana Universitetindən Dr Iris Schoberl deyib ki, sahiblər və itlər bir-birinin mübarizə mexanizmlərinə təsir edib. Dr Schoberlə əsasən bu halda insanlar itlərdən daha təsiredici olub.

"Əldə etdiyimiz nəticələr [real həyatda] gördüyümüzlə üst-üstə düşür: sahiblər və itlər sosial cütlükdür və onlar bir-birinin streslə mübarizə mexanizminə təsir edir", deyə alim BBC-ə bildirib.

Onun sözlərinə görə, sahiblərinin emosional halları itlərə təsir edir və itlər həmin emosiyaları təkrarlaya bilər.

İtlər 30 000 ildən çoxdur ki, insanlarla yan-yana yaşayır.

Əlaqəli mövzular