Şimali Koreyadan tutmuş Azərbaycana qədər: qohumların hakimiyyətə yolu

Əliyevin sözlərinə görə xanımı, professional, humanist, təcrübəli və prinsipial insandır Fotonun müəllifi AP
Image caption Əliyevin sözlərinə görə xanımı, professional, humanist, təcrübəli və prinsipial insandır

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehribanı ölkənin vitse-prezidenti təyin edib. Mütəxəssislərin fikrinə əsasən, Əliyevin xanımı, faktiki olaraq prezidentdən sonra ölkədəki ikinci söz sahibinə çevrilir.

Əliyev qərarını, xanımının ölkə həyatındakı uğurları və rolu ilə izah edib. "Mehriban Əliyeva uzun illər ictimai-siyasi, mədəni, beynəlxalq fəaliyyətdə böyük rol oynayıb. O, hərtərəfli və uğurlu işlər görüb," Əliyev çərşənbə axşamı günü baş tutan Təhlükəsizlik Şurasının iclasında xanımını təqdim edərkən deyib.

Ötən ilin sentyabr ayında Azərbaycanda baş tutan konstitusiyaya dəyişikliklərdə, Birinci vitse-prezident və Vitse-prezidentlərin təyini də qəbul olunub.

Bir çox müasir dövlətlərin qanunları, hakim orqanların başçılarının birbaşa və ya dolayısı yolla hökumət vəzifələrinə həyat yoldaşı və qohumlarını təyinini qadağan edir.

Lakin, sülalə və qəbilə ənənələrinin xarakterizə olunduğu cəmiyyətə malik bəzi ölkələrdə hakimiyyət, bu məhdudiyyəti aşmaq üçün başqa yollar tapır.

Hakimiyyətin idarəedici simaları arasına qohumlarını gətirən dövlətlərə parlaq misallar Orta Asiya və keçmiş Sovet ölkələridir.

Tacikistan

2016-cı ilin yanvarında prezident Emomali Rahmonun qızı Ozoda, prezident aparatının rəhbəri təyin olunub. Onun əri Camoliddin Nurəliyev ölkənin mili bankının birinci müavinidir.

Rahmonun böyük oğlu Rüstəm Emomali, Tacikistanın anti-korrupsiya departamentinin rəhbəridir.

2017-ci ilin yanvarında Emomali Rahmon, 29 yaşlı oğlunu yeni vəzifəyə təyin edib. Artıq o, Düşənbə şəhərinin icra başçısıdır.

Qazaxıstan

Qazaxıstanda dövlət vəzifələrində Nursultan Nazarbayevin nəvələri çalışırlar: 31 yaşlı Nurəli Əliyev, Astananın icra başçısı olub, 26 yaşlı Aysultan Nazarbayev isə Qazaxıstanın müdafiə nazirliyində xidmət edir və ambisiyalarını gizlətmir: "Mənim əsas vəzifəm prezidentin nəvəsi olmağımdır," o, qazax media orqanlarına deyib.

Nazarbayevin yeznəsi Rahat Əliyev prezidentin böyük qızı Dariqa ilə evli olarkən, karyera pilləkənlərini sürətlə qalxırdı.

Belə ki, o, Milli Təhlükəsizlik Komitəsinin və Xarici İşlər Nazirinin birinci müavini olub.

Lakin, o, başına gələn rüsvayçı hadisədən sonra, ölkəni tərk edir, qiyabi həbs cəzasına məhkum edilir, Avstriyada həbs olunur və həbsxana kamerasında ölü tapılır.

Nazarbayevin qızı Dariqa, baş nazirin müavini vəzifəsində çalışıb və hazırda senatda Xarici İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin başçısıdır.

Qırğızıstan və Özbəkistan

Qırğızıstan üçün nepotizm sistemi Kurmanbek Bakiyevin hakimiyyətə gəlməsindən əvvəl də mövcud olub.

2005-ci ildə ölkənin birinci prezidenti Əsgər Akayevin hər iki övladı parlamentdə yer əldə edir.

Əsgər Akayevin devrilməsindən sonra, hakimiyyətə gələn Kurmanbek Bakiyev, qardaşı Canışı Müdafiə Xidmətinin başçısı təyin edir.

Bakiyevin oğlu Maksim isə 2009-2010-u illərdə İnkişaf, İnvestisiya və İnovasiya Mərkəzi Agentliyinin rəhbəri olub.

Mütəxəssislər deyirlər ki, Özbəkistan böyük bir ailə tərəfindən idarə olunur. Praktiki olaraq hər bir əsas vəzifədə, ölkə rəhbərliyinin bu və ya digər qohumları çalışır.

Qəbilə sisteminə uzun zaman, keçən ilin sentyabr ayında dünyasını dəyişən İslam Kərimov rəhbərlik edib.

Prezidentin qızı Gülnarə Kərimova 2010-2011-ci illərdə Özbəkistanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri çalışıb. Sonralar isə adı, pulları mənimsəmə üzrə korrupsiyada hallanıb.

Şimali Koreya

Qohumbazlıq, digər Asiya ölkələri üçün də keçərlidir. Şimali Koreya Xalq Demokratik Respublikasına Kimlər sülaləsi rəhbərlik edir.

Adətən hakimiyyət və digər dövlət orqanlarında əsas vəzifələri, ŞKXDR rəhbərinin yaxın qohumları tutur. Eyni zamanda, Şimali Koreya yüksək profilli istefalar və işdən qovulmalarla da xarakterizə olunur.

2013-cü ildə ŞKXDR lideri Kim Çen In-n dayısı və Kim Çen Ir-n kiçik bacısı ilə evli olan Çan Son Txek, Şimali Koreya Milli Hərbi Komissiyasının başçısının köməkçisi postundan qovulur və daha sonra, çevriliş cəhdində günahkar bilinərək edam olunur.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump-ın yeznəsi Ağ Evin məsləhətçisi təyin olunub

Dövlət başçılarının hakim orqanlara təyinatları ilə bağlı söz-söhbətlər, Qərbdə də baş tutur.

ABŞ prezidenti Donald Trump, Ağ Evdəki əsas məsləhətçilərindən biri kimi yeznəsi Jared Kushner-i təyin edib və bu tənqidlərə səbəb olub.

ABŞ Ədliyyə Nazirliyi Trump-ın qərarının Amerika qanunvericiliyinə zidd olmadığı nəticəsinə gəlib.

Federal qanuna əsasən, ABŞ prezidenti idarəedici postlara qohumlarını gətirə bilməz, lakin bu qanun, Ağ Evdəki vəzifələrə şamil olunmur.

Yunanıstanın keçmiş Maliyyə naziri Giorgos Papakonstantinou, 2012-ci ildə nepotizm iddiaları ilə üzləşir. Belə ki, o, qohumlarının xarici hesablarının gizlədilməsində şübhəli bilinir.

Kütləvi informasiya vasitələri, nazirin hissələrini İsveçrə bankalarında saxlayan üç qohumunun adının birdən-birə yunanıstanlılar sırasında silindiyini bildirir.

2015-ci ildə məhkəmənin qərarı ilə eks-nazir üç qohumunun adının "Lagarde siyahısındaın" silinməsinə görə günahkar bilinir. Papakonstantinou, verilən üç illik şərti cəzanın bir ilini həbsxanada keçirib.

Fransanın Respublikaçılar Partiyasından prezidentliliyə namizəd Fransua Fiyon, fevralın əvvəlində xanımı Penelop-un adının qarışdığı qalmaqala görə üzr istəyib.

Fiyon, deputat olarkən xanımını köməkçi vəzifəsinə təyin etdiyi və Penelop-un görmədiyi iş üçün dövlət büdcəsindən maaş aldığına görə ittiham olunub. Penelop ayda 3677 avro məvacib alırmış.

Əlaqəli mövzular

Bu barədə daha geniş