Məhşur Nokia 3310 yeni versiya ilə qayıdır

Nokia Fotonun müəllifi Nokia
Image caption Yeni "retro-model" Nokia 80 qramdır və 2,4 düym ekranı (diaqonalı 6 sm) var

2000-ci illərin birinci yarısının ən məhşur və kütləvi Nokia 3310 telefonu mobil telefon bazarına geri qaydır.

Telefon həmin adla, lakin yenilənmiş versiya ilə satışa buraxılacaq.

2005-ci ildə istehsalı dayandırılan bu modelden o zaman 126 milyondan çox istehsal olunmuşdu.

Nokia şirkəti artıq mobil telefon istehsalıyla məşğul olmur.

Nokia 3310-un yeni versiyasının hazırlanması və buraxılması lisenziyası HMD Global şirkətinə məxsusdur.

Bu şirkət bir il əvvəl mobil brendin yenidən bərpa edilməsi məqsədilə yaradılıb. HMD Global şirkəti "retro-model"lə yanaşı Anroid əməliyyat sistemində çalışan daha 3 telefonu təqdim edib.

Yeni Nokia mobil telefonları barədə Barselonada keçiriləcək dünya Mobile World Congress mobil sənayesi sərgisi ərəfəsində elan edilib.

"Bu günə qədər əksəriyyətin hərarət və nostalgiya hissi ilə xatırladığı 3310 modeli buraxılan ilk əsl kütləvi mobil telefon idi. Əgər HDM şirkəti yalnız Nokia brendi altında 3 yeni smartfon telefon barədə elan etsəydi, bu kimsə üçün maraqlı olmazdı. Amma yeni 3310-nun buraxılması çox ağıllı addımdı və biz bunun yaxşı satılacağına ümid edirik ", - CCS Insight analitik mərkəzin telekommunikasiya texnologiyası sahəsində eksperti Ben Wood bildirib.

Fotonun müəllifi Nokia
Image caption Nokia brendi altında müasir 3310 modeli və 3 smartfon buraxılacaq

Yeni Nokia 3310 smartfon kimi deyil, bir neçə baza funksiyasına malik internetə girişi olan sadə mobil telefondur.

3G və 4G əlaqələrini dəstəkləməyən "retro-telefon" zəif 2,5G standartında işləyəcək. S30+ əməliyyat sistemi internetə girişə imkan versə də, Android və İOS üçün nəzərdə tutulan mobil proqramlarla müqayisə edilməyəcək məhdud proqramlar sisteminə sahibdir.

Nəhayət yeni 3310-da parametri cəmi 2 megapiksel olan fotokamera da olacaq. "Retro-telefon" un müasir güclü smartfonlar qarşısında çox vacib üstünlüyü var. HDM Global şirkəti 3310-un mühərrikinin batareyası gözləmə rejimində bir ay və ya fasiləsiz işləsə 22 saat bəs edər. Digər smartfonlar isə bu haqda heç xəyal belə edə bilməzlər.

Nokia 3310-nun məhşur "İlan" oyunu da yeni versiyada təqdim olunacaq. Yeni mobil telefonun 49 avroya (52 dollar) satılacağı gözlənilir.

Əlaqəli mövzular