Fransa zooparkında buynuzuna görə kərgədan öldürülüb

Vince Fotonun müəllifi AP
Image caption Zooparka daxil olmuş şəxslər heyvanın iki buynuzundan birini kəsiblər.

Fransa zooparkında kərgədanın öldürülməsi Avropada yerləşən heyvanat bağında bu qəbildən olan ilk insident sayılır.

Çərşənbə axşamı günü Thoiry Zoo zooparkının baxıcıları 4 yaşlı kərgədanı ölmüş halda tapıblar.

Vince adlı heyvanın buynuzlarından biri elektrik mişarla kəsilib, polis bildirir.

Afrika kərgədanının buynuzları qara bazarda yüksək qiymətə satılır.

Hər ay təbiətdə 100-dək heyvan qanunzsuz ovçuluğu qurbanı olur.

Hərçənd ki, inydiyədək Avropa zooparklarındakı heyvanlar hədəflənməmişdi.

Vince gecə çağlarında başına vurulan 3 güllə ilə öldürülüb.

Zooparka daxil olmuş qaçaqmalçılar heyvanın iki buynuzundan birini kəsiblər. Təxmin edilir ki, onun qara bazarda qiyməti 60 000 dollar təşkil edə bilər.

Belə görünür ki, hadisə yerini qəfil tərk etməli olan qanunsuz ovçular ikinci buynuzu kəsmək niyyətindən vaz keçiblər.

Zooparkda saxlanılan daha iki kərgədan 37 yaşlı Gracie və 5 yaşlı Bruno "qırğından xilas" ola bilib, Thoiry zooparkı bəyan edir.

Vince Hollandiyadakı zooparkda doğulub. O, Avropa heyvanat bağlarında kərgədanların nəslinin artırılmasına yönələn proqram çəçivəsində saxlanılırdı.

19-cü əsrin sonunda nəsli kəsilmək həddinə çatan heyvanların sayı təbiəti mühafizə tədbirləri nəticəsində 20 minə çatdırılıb.

Hərçənd ki, qanunsuz ovçuluq son illərdə yenidən başını qaldırır. Bəziləri kərgədan buynuzunun afrodiziak xüsusiyyətlərinə malik olduğunu düşünür.

Ötən il Fransada kərgədan buynuzları ilə fil dişinin ticarəti qanundan kənar elan edilib.

Bu barədə daha geniş