Təcavüzə uğrayan qadınların intim həyatı

Imagen genérica de una mujer con cara de placer y una flor Fotonun müəllifi Thinkstock

"İlk orqazmla həyatım dəyişdi."Meksikalı Edelmira Cardenas deyir. Lakin, ilk dəfə cinsi həzzi dadmaq xoşagələn olmayıb. Daha çox travmatik adlandırmaq olar, o, BBC Mundo-ya izah edib.

Hər şey yeniyetmə ikən özündən böyük qohum oğlanın ona sakitləşdirici maddə verməsi ilə başlayıb.

"Bədənim key olsa da, ayıq idim," o deyir.

"Cinsi təcavüzü edənin adamın yaxını olması, ən acısıdır."

"Təsdiq möhürü"

Bu iddianı təsdiq edən çoxlu sübutlar mövcuddur.

Fotonun müəllifi Getty Images
Image caption Həzz, təcavüzə məruz qalan qurbanlar üçün əlverişli olan başqa bir aspektdir

Dünya Səhiyyə Təşkilatı (DST) dünyadakı ən az beş qadından birinin cinsi istismara və ya buna cəhdə məruz qaldığını bildirib.

DST-in 2013-cü il Beynəlxalq Araşdırması göstərib ki, respondentlərin 6% ilə 59% arası, partnyorları tərəfindən cinsi təcavüzə uğrayıb.

"Məni sevdiyini deyən ailəmin bir üzvünün bunu etməsi, məni pis hala salmışdı," Cardenas hekayəsinə davam edir.

"Mən bakirəliyimi, təsdiq möhürümü itirmişdim və artıq "evliliyə layiq" deyildim."

O, qorxusundan bunları heç kimə deyə bilməyib.

Bədəndən başqa hər şey

O, 18 yaşında ilk sevgilisinə belə, heç bir şey söyləməyib.

"O, ölkənin başqa tərəfində yaşayırdı və bizim fiziki əlaqədə olmağımız mümkünsüz idi," Cardenas izah edir.

"Biz, erotika məzmunlu məktublarla əlaqə saxlayırdıq və bu mənim xəyalımı uzaqlara aparırdı," o yada salır.

Fotonun müəllifi Thinkstock
Image caption Fiziki əlaqəni bərpa etmək, cinsi zorakılığa məruz qalan qadınlar üçün çox çətindir

Onlar görüşdükdə şamlar, çiçəklər və s. istifadə edir və beləliklə qoxu və toxunma ilə onlarda istək baş qaldırır.

"Lakin, bədənimə toxunmasına icazə vermirdim," Cardenas deyir.

Bu qadağa həm də özü üçün idi. "Həzz almaq haqqından məhrum idim."

Həmin zamanlar o, yaşadığı şəhərin dövlət qurumunda çalışmaq istəyir. Buna səbəb isə həyatını sosial siyasətə həsr etmək idi.

"Və orada da mən cinsi qısnamlarla üzləşdim və bu mənə ilk təcavüzü xatırlatdığına görə, cinsi arzularımı boğmalı olurdum," meksikalı deyir. Hazırda o, seksoloq və komunikator işləyir. Bunları keçmiş biri kimi təcrübəsini insanlarla bölüşür.

Lakin o, erotik ədəbiyyatla maraqlanması, feminizm haqqında məlumat toplaması sayəsində eyni şeyləri yaşayan qadınlara mühazirələr oxumağı bacarır.

Qızılgüllər və ətirlər

20 yaşında artıq ikinci sevgilisi ilə hər şey başqa cür olur.

"Və əlaqəmizin cinsi münasibət mərhələsi gəldikdə, xoş sözlər, qızılgül ləçəkləri və ətri qorxularımı dəf edə bildi."

Lakin o, etiraf edir ki, ilk addımı atan özü olmur, çünki, "bu barədə təcrübəsi" olduğunu yenə də gizlətmişdi.

"İstəmirdim ki, "Bunu sənə ki öyrədib?" sualını eşidəm," Cardenas boynuna alır.

Taleyi ilə barışmağa doğru mühüm bir addımı masturbasiya etdikdə atır.

"Heç zaman orqazm hissini yaşamamışdım," o deyir.

Bunu özü üçün doğrulda bilmək isə əsaslı bir hadisə idi.

Seksdən imtina və hiperseksuallaşma

Seksologiya və Cinsi Təhsil üzrə Latın Amerikası Cəmiyyətlər Federasiyasının katibi, həkim və seks terapevti Luz Jaimes, Cardena-nınkı kimi hekayələri çox eşidib.

"Zorakılıqdan sonra, cinsi disfunksiya ilə bizə müraciət edən qadınların sayı düşündüyümüzdən daha çoxdur," o, BBC Mundo-ya deyib.

"Bu baş verdikdən az müddət sonra bizə üz tutanlar adətən gənclər olur," o bildirib.

"Lakin, cinsi münasibətlərdə çətinlik çəkən yetkin qadınlar da bizə müraciət edir və müalicə əsnasında onların nə zamansa cinsi təcavüzə məruz qaldığı müəyyənləşir," Jaimes əlavə edib.

Fotonun müəllifi Getty Images
Image caption Bəzi mütəxəssislər deyir ki, ədəbiyyat və erotik filmlər zorakılıqdan sonrakı qorxuları dəf etmək üçün yaxşı vasitələr ola bilər.

Mütəxəssisə əsasən, ətrafdan gələn dəstəkdən əlavə, onların psixoterapiyaya da ehtiyacları var və müalicə, təcrübənin onların həyatlarına təsirdən asılıdır.

"Əksəriyyət fiziki pozğunluq, qarabasmalar, istəksizliyə tutulur, bəziləri cinsi münasibət zamanı ağrı hiss edir və ya orqazm yaşamırlar, bəziləri cinsi münasibəti qəbul etmir və ya narahatçılıqlarını ört-basdır edə bilməyərək aqressiv olurlar," Jaimes deyir.

"Lakin, hamı günahkarlıq hissi keçirmir və ya seksdən imtina etmirlər və hətta bəziləri, hiperseksuallığa meyllənmiş olurlar," o vurğulayır.

Bədənin bərpası

Pavan Amara da yetkinlik dövründə cinsi istismarın qurbanı olub. Yetkinlik yaşında o, Birləşmiş Krallıqda Bədənimi Geri İstəyirəm (My Body Back) adlı layihənin əsasını qoyub.

Təşəbbüsə, qadınlarda sitologiya yoxlanışı aparan klinikalar daxildir. Bu, cinsi təcavüzdən əziyyət çəkən və ginekoloq, xüsusi hamiləlik mərkəzləri və ya oxu qruplarına getməkdən çəkinən qadınlar üçün nəzərdə tutulub.

Amma Amara, zorakılığa məruz qalan insanların həyatında daha başqa bir sahə üzərində işləmək istəyir: seks.

43 yaşlı və ögey atası tərəfindən 8 yaşından cinsi zorakılığa məruz qalan britaniyalı bir qadın, seks zamanı keçənlər yadına düşməsin deyə beynini idarə etməli olur.

"Proses əsnasında, mən xatirələrimin göz önündə canlanmasından qorxuram və duyğularımı bunun üzərində səfərbər etdiyim üçün orqazma çata bilmirəm."

Fotonun müəllifi Getty Images
Image caption Təcavüz qurbanlarının hamısı izolyasiya hissini yaşamır və ya seksdən imtinanı düşünmür

Dostu tərəfindən təcavüzə uğrayan 41 yaşlı Sandy-n vəziyyəti isə tamamilə fərqlidir.

Hadisədən sonra, o, "bacardığı qədər çox kişi ilə" cinsi münasibətdə olur.

"Vəziyyətin gərginliyini izah etmək üçün bir misal: bir dəfə marketdən yemək üçün bir şey almağa getdim. Kassir ilə seks yaşadım və eyni gündə məhsulları piştaxtalara yığan oğlanın da telefon nömrəsini aldım ki, növbəti gün zəng vurub cinsi münasibət qura bilim."

Qəhvə və vibratorlar

İki il öncə Amarta, Britaniya Milli Səhiyyə Xidməti (NHS) ilə birgə fəaliyyət göstərən Londonda qadınlar üçün yeganə seks dükanı Sh! Women's Erotic Emporium ilə əlaqə qurur.

Dükanın fəaliyyəti sırf cinsi disfunksiya yaşayan qadınlara köməklə bağıdır.

Fotonun müəllifi Renée Denyer Sh-womenstore.com
Image caption Londonda yerləşən "seks dükanı" Sh! Women's Erotic Emporium cinsi zorakılığa məruz qalan və artıq seksual münasibətlərini bərpa etmək istəyən qadınlar üçün görüşlər təşkil edir

"O, bizə gözəl bir məktub yollamışdı, biz onunla görüşdük və seksual zorakılıqdan keçmiş qadınlara kömək etmək üçün yeni yollar axtarmağa başladıq," təsisçi Renee Denyer BBC Mundo-ya deyib.

Bundan sonra, hər altı həftədən bir onlar, zorakılığa məruz qalaraq professional terapiyadan keçən və seksi yenidən yaşamağa hazır olan qadınlar üçün Café V adlı tədbir təşkil edirlər.

"Bir çox həkimlər xəstələrini çay və ya qəhvə içərək söhbətə qoşulsunlar deyə buraya yönləndirirlər," Denyer deyib.

Tədbirdə 25 nəfərlik yerlərin hamısı həmişə də dolu olur.

"Məsləhət isə, qurbanın vəziyyətindən asılı olur," Denyer söyləyib.

Onlar, misal üçün, ən balacası kiçik barmağın dırnağı boyda olan müxtəlif ölçülü vibratorlar dəsti təqdim edirlər.

"Bu, vaginanın rahatlanmasına kömək edir və məqsəd, qadının bundan yenidən həzz almasını bərpa etməkdir," Denyer deyib.

Bəziləri isə Edelmira Cardenas kimi, DVDlər izləmək və ya erotik ədəbiyyat oxumağa üstünlük verir.

"Mən, özümü daha çox erotikaya həsr etməyə başladım," o deyir.

"Əsas məqsəd bədənini özün üçün bərpa etmək və özünü qadın kimi yenidən formalaşdırmaqdır."

Bu barədə daha geniş