Belçika: kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər

Носороги Fotonun müəllifi Reuters

Belçikada "Pairi Daiza" adlı özəl zooparkın sahibləri kərgədanları brakonyerlərdən qorumaq üçün onların buynuzunu kəsmək qərarına gəlib.

Administrasiya bu görünməmiş addımı bu həftə brakonyerlərin ağ kərgədanı güllələdikdən sonra onun buynuzunu mişarla kəsməsi ilə əlaqələndirib.

Rəsmi məlumata görə, indiyədək Avropada belə hallar olmayıb.

Bəzi ölkələrin xalq təbabətində kərgədan buynuzu müalicə üçün istifadə olunur. Qara bazarda buynuzun bir kiloqramının qiyməti on minlərlə dollar təşkil edir.

Kərgədanların qorunması üçün buynuzlarının kəsilməsi Afrikada tez-tez istifadə edilir. Baytarlar deyirlər ki, bu prosedur ağrısızdır və zaman keçdikcə buynuz yenidən gəlir.