iPhone istifadəçiləri, boş yerə Siri-ə "108" deməyin...

Siri on iphone Fotonun müəllifi Getty Images

"Zarafatcıl" internet istifadəçiləri iPhone sahiblərini Siri-ə "108" deməyə çağırmağa başlayıb.

Hindistanda 108 nömrəsi Azərbaycanın 112 qaynar xəttinə bərabərdir. iPhone telefonlarının "Siri" adlı ağıllı köməkçisi bu rəqəmi eşidəndə birbaşa yerli qaynar xəttə zəng edir.

Zarafat olsa da bu cür çağırışlar, fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xəttin işçilərini çaşdıra və vaxt itkisində nəticələnə bilər.

Qaynar xəttə həqiqətən ehtiyac duyan şəxsləri təhlükəyə salmaqdan başqa bir çox yerlərdə bu cür vaxt israfına görə qanunda cəza nəzərdə tutulur.

Bəzi istifadəçilər hətta bunu edəndə "gözlərini beş saniyəlik bağlamağı" təklif ediblər. Ona görə ki, Siri-nin qaynar xəttə bağlanmasına qədər 5 saniyəlik fasilə olur.

Digər internet istifadəçiləri buna son qoymağa çalışır.

Narahatlıq yaratmadan Siri ilə məzələnmək istəyirsinizsə ondan soruşun ki, sıfırı sıfıra böləndə nə olur?

Əlaqəli mövzular