Gecənin ortasında sidiyə getmək istəyi qidadakı duzla əlaqəli ola bilər

Saata baxan kişi Fotonun müəllifi Getty Images

Gecənin ortasında ayaqyoluna getmək istəyilə oyananlar qəbul etdikləri duzu azaltmalı ola bilərlər, Yaponiya həkimləri buna işarə edir.

Nokturiya kimi tanınan problem daha çox yaşı 60-dan yuxarı olanlara aiddir və yuxunu pozur. Bəzi hallarda bu, adamların həyatlarına böyük təsir göstərir.

300-dən çox könüllü üzərində aparılan tədqiqatdan sonra araşdırmaçılar aşkar ediblər ki, daha az duz qəbul etmək sidiyə getmək istəyini azaldıb.

Britaniya həkimləri simptomları aradan qaldırmaq üçün düzgün qidalanmağı məsləhət edirlər.

Fotonun müəllifi Getty Images

Yaponiyada Nagasaki Universitetinin tədqiqatçıları çox duz qəbul edən və gecə yatmaqda çətinlik çəkən adamlara daha az duz qəbul etməyi tövsiyə edib və bundan sonra onları 3 ay müşayiət edib.

Orta hesabla tualetə getməyin sayı 2-dən artıq idisə bu dəyişiklikdən sonra 1-dək azaldı.

Bu təkcə gecə deyil, gün ərzində də müsbət dəyişikliyə səbəb olub, tədqiqatçılar deyir.

Digər tərəfdən araşdırmada iştirak edən 98 adam məsləhətə baxmayaraq bu vaxt ərzində normalarından daha çox duz qəbul edib, onlar isə gecə vaxtı daha çox ayaqyoluna gediblər.

Tədqiqatın müəllifi Dr Matsuo Tomohiro deyib ki, əlaqəni təsdiq etmək üçün daha böyük araşdırmalara ehtiyac olsa da bu ilkin nəticələr yaşlı adamlara kömək edə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş

Əlaqəli internet linkləri

BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır