Böyük meymunlar “musiqini anlamırlar”

İki oranqutan Fotonun müəllifi Getty Images

Böyük Britaniya və ABŞ-da aparılan bir araşdırma şimpanze və oranqutan kimi böyük meymunların musiqi zövqünün olmadığını ortaya çıxarıb.

Araşdırmanın nəticələri zooparkdakı meymunların musiqi səslənən zaman özlərini daha yaxşı hiss etmələrinə dair inanclarla ziddiyyət təşkil edir.

Tədqiqat Edinburgh zooparkı və ABŞ-ın Texas ştatındakı şimpanzelərin qorunması mərkəzində aparılıb.

Alimlər xüsusi olaraq hazırlanan musiqi qutusuyla şimpanzelərə istədikləri musiqini seçmək və ya onu dayandırmaq imkanını veriblər.

Lakin heç bir meymun musiqiyə qarşı bir həvəs göstərməyib.

Fotonun müəllifi Getty Images

Yəni musiqinin Beethoven və ya Justin Bieberə məxsus olması hec bir şeyi dəyişdirməyib.

Musiqinin böyük meymunlar üçün sadəcə anlamsız səslər toplusundan ibarət olduğu məlum olub.

Meymunların musiqini səssizliyə tərcih etmələrinə dair də bir nəticə əldə olunmayıb.

"Nəticələr musiqinin, qapalı yerdə saxlanılan şimpanzelər üçün bir məna daşımadığını və oranqutanların da musiqini bəzi qarışıq rəqəmsəl səslərdən ayıra bilmədiklərini ortaya qoydu. Bu da musiqinin sadəcə insanlara xas bir zövq olduğunu göstərir",- araşdırmanı aparan York universitetinin psixologiya bölməsinin professoru Dr. Emma Wallace bildirib.

Bundan əvvəl aparılan araşdırmalarda şimpanzelərin gözəl musiqidən zövq almasına dair nəticələr əldə olunmuşdu.

Əlaqəli mövzular

Bu barədə daha geniş