Misirdə 3000 illik piramidanın qalıqları aşkar edilib

Qazıntılarda piramidanın içinə gedən dəhliz aşkar edilib Fotonun müəllifi EPA
Image caption Qazıntılarda piramidanın içinə gedən dəhliz aşkar edilib

Misirin Tarixi Əsərlər Nazirliyi ölkədə 3700 il yaşı olan piramidanın qalıqlarının aşkar edildiyini açıqlayıb.

Paytaxt Qahirənin cənubunda yerləşən Daşur bölgəsində aparılan qazıntılar zamanı piramidanın içinə gedən bir dəhlizdə üzərində 10 sətir heroqlif yazısı olan bir daş blok aşkar edilib.

Nazirlik qalıqların yaxşı vəziyyətdə olduğunu və qazıntı işlərinin davam etdiyini bildirib. Qazıntılar ilkin mərhələdə oluğuna görə, piramidaların ölçüsü hələ ki məlum deyil.

Fotonun müəllifi EPA
Image caption Qaymaq daşından hazırlanmış daş blokda 10 sətir heroqlif yazısı var

Piramidanın kral dövründən qaldığı ehtimal olunur.

Daşur ərazisi kral Sneferunun 4600 il əvvəl 104 metr yüksəklikdə ilk piramidanı inşa etdirdiyi bölgə olaraq tanınır.

Sneferunun xələfi olan oğlu Xufu Gizada 138 metr yüksəklikdə Böyük Piramida inşa etdirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş