Eurovision 2017: Ukrayna suverenliyinə hörmət edilməsinə çağırıb

Євробачення Fotonun müəllifi ЕРА

Ukrayna Milli İctimai Teleradio (UMCT) şirkəti Avropa Yayım Birliyini (EBU) Ukraynanın suverenliyinə hörmətlə yanaşmağa çağırıb.

Bu barədə UMCT-nin Müşahiə Şurasının bəyanatında bildirilib. Bəyanatda EBU-nun başçısı İngrid Deltenre bu qurumu siyasi manipulyasiyaların gücləndiriliməsinə yönəlmiş alətə çevirməmək, belə bəyanatlarla normal müsabiqənin keçirilməsinə maneə yaratmamaq xahiş olunub.

Bir qədər əvvəl EBU-nun başçısı Ukraynanın baş naziri Vladimir Qroysmana məktub göndərib. Məktubda bəzi müsabiqə iştirakçılarının artıq onu tərk etməyi düşündüyü barədə məlumat verilib.

Deltenre Qroysmana Rusiya təmsilçisi Yuliya Samoylovanın müsabiqəyə buraxılmayacağı təqdirdə Ukraynanın gələcəkdə "Eurovision" müsabiqəsindən kənarlaşdırılmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

UMCT isə məktuba cavab olaraq Ukraynanın EBU-nun neçə illik üzvü olduğunu söyləyərək ölkənin müsabiqə qaydalarına əməl etdiyini bildirib.

Bundan basşqa UMCT Ukraynanın "Eurovision"a ev sahibliyi edən ölkələrin qayda-qanunlarına həmişə hörmətlə yanşadığını qeyd edib. Cavab bəyanatını "Suşlenne movlennya" nəşri dərc edib.

"Ukrayna rəhbərliyinin icazəsi olmadan Krıma səfər edən Yuliya Samoylova Ukraynanın suverenliyini və qanunlarını pozub. Rusiya Federasiyasından savayı EBU-ya daxil olan digər ölkələr Samoylovanın müsabiqəyə buraxılmamasına etiraz edə bilməzlər. Çünki heç bir Avropa ölkəsi Krımın Rusiyaya aid olduğunu tanımayıb ", - deyə cavab bəyanatında bildirilib.

Bəyanatda həmçinin müsabiqənin "Rusiya ilə Ukrayna arasındakı hazırkı qarşıdurmada" bir vasitə kimi istifadə olunduğu qeyd olunub.

Bundan başqa UMCT üzvləri bu məsələ ilə bağlı EBU başçısının "kədərləndiyini" və "hiddətləndiyini" Rusiya tərəfinə deyil, Ukrayna tərəfinə söyləməsinə təəccübləndiklərini bildiriblər.

Fotonun müəllifi ЕРА
Image caption Yuliya Samoylova 2015-ci ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımda konsert proqramı ilə çıxış edib

Müşahidə Şurasının fikrincə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən qəbul edilən qərarın ləğv edilməsi tələbi ölkənin daxili işinə müdaxilə kimi qiymətləndirilə bilər.

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın "Eurovision" təmsilçisi Yuliya Samoylovanın 3 il ərzində ölkəyə gəlişini qadağan edib.

Müğənni 2015-ci ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımda konsert proqramı ilə çıxış edib.

Bir qədər əvvəl EBU Samoylovanın müsabiqədə uzaqdan iştirakını təklif etsə də, Rusiya bu təklifi rədd edib.

Ukrayna isə Rusiyanı müsabiqəyə Ukrayna qanunvericiliyilə problemi olmayan başqa iştirakçını göndrməyi təklif edib. ‎

Bu barədə daha geniş