"Qafqaz əsiri"ndə yarım əsrlik əsirlik

Кадр из фильма "Кавказская пленница" Fotonun müəllifi RIA Novosti

1967-ci ilin aprelin 3-də Moskvanın 53 kinoteatrında eyni anda Leonid Qaydayın "Qafqaz əsiri" filminin nümayişi keçirilib.

İlin sonuna qədər bu filmi 76,5 milyon insan seyr edib. Bu isə SSRİ tarixində kassa yığımına görə 4-cü yeri tutub.

Məşhur komediyaya o zaman istifadə olunmayan "tapıntı" sözü çox uyğun gəlir. Bu filmdən iki il əvvəl Sovet kinoicarələrinin lideri ""Ы əməliyyatı" və Şurikin digər macəraları" (təqribən 70 milyon izləyici ilə) olub.

Buna görə də Yakov Kostyukovski və Mark Slobodonun təklifi "Mosfilm"də dərhal qəbul olundu.

Lakin Şurikin yeni məcaraları və gülməli üçlük - Qorxaq, Kütbeyin və Bacarıqlının senzuradan keçməmək üçün bütün şansları vardı.

Nəticədə Qaydayın yeni komediyasının taleyini sırf bir təsadüf həll etdi və "Qafqaz əsiri və Şurikin yeni macəraları " geniş ekran qarşısına çıxdı.

Brejnevin bağında premyera

"Bu antisovet yalnız mənim meyitimin üzərindən keçə bilər",- Rusiya Dövlət Kinosunun sədri Aleksey Romanov filmin ilk nümayişindən sonra belə deyib.

Bundan sonra Yakov Kostyukovski həmmüəllif Mark Slobodun qulağına "Bu da bir variantdır" pıçıldayıb. Bunu eşidən Romanov isə "Bu isə artıq siyasi xuliqanlıqdır" deyib.

Hadisə cümə günü baş verib. Filmin taleyi isə bazar ertəsi Rusiya Dovlət Kinosunun iclasında rəsmən həll olunmalıydı.

Kostyukovskinin xatırladığına görə, artıq onun və Qaydayın bəzi tanışları onlardan yan gəzməyə başlamışdılar.

Lakin hər kəsin gözlədiyinin əksinə olaraq Romanov kabinetdən gülərüzlə çıxaraq bu filmin ən yüksək icarə kateqoriyasına layiq görüldüyünü bildirib.

Sən demə, cümə günü axşam Dövlət Kinosunun binasında yalnız növbətçi qalan zaman Brejnevin köməkçisi ora zəng vurur.

Brejnevin bazar günü bağda baxması üçün "nəsə təzə bir şey" göndərməsini istəyir. Gecə nöbəsindən əvvəl istirahət edən növbətçi baş verənlərdən xəbərsiz olduğuna görə, ictimaiyyətin hələ görmədiyi komediyanı bağa göndərir.

Gözləri yaşarana qədər gülən Brejnev sonradan Romanova zəng edərək onu gözəl iş münasibətilə təbrik edir.

"Х", "У" və digər maraqlı faktlar

  • Komediyanın adı Lev Tolstoyun tarixdə kədərli hekayə kimi qalan "Qafqaz əsiri" adına istinad edir
  • İlk əvvəl film 2 seriyalı nəzərdə tutulub. İkinci hissədə Nina və Şurik dağlarda qar adamı axtarışına çıxmalıydılar. Bu qar adam isə polisdən qaçan Qorxaq, Kütbeyin və Bacarıqlı olmalı idi. Lakin "Mosfilm" redaksiya heyəti qəhrəmanların dərhal "dünyanın ən ədalətli məhkəməsinə" göndərilməsinə qərar verirlər. Ssenaridəki "Sovet" sözünün isə filmdə "biz" sözü ilə əvəzlənməsi tələb olunub
  • Baş rolda oynamaq üçün aktrisanı çox axtaran rejissor 500-dən artıq fotoya baxıb. Bundan əvvəl heç bir filmdə çəkilməyən Natalya Varley sirkdə kanatda çıxış edib. Onun ifasını isə filmdə Nadejda Rumyantseva səsləndirib ki, bunun nəticəsində o, "Nu, poqodi" cizgi filmində dovşanın səsi olub
Fotonun müəllifi TASS/Nikolay Malışev
Image caption Filmin rejissoru Leonid Qayday
  • Adına və süjet xəttinə baxmayaraq film əsasən Qafqazda deyil, Krımda- Aluştada, Ay-Petri və Simferopolun psixi xəstəxanasında çəkilib. Ninanın yataq torbasında Şuriki yaxaladığı çay və onun guya 3 şiş kabab atdığı uçurum isə Soçi ətrafındadır
  • Film Təcrübəli - Morqunovun hasarda "X" hərfini, Kütbeyin - Nikulinin "Y" hərfini , Qorxaq - Vitsinin isə polisləri görüncə tələsik "udojestvenniy film" yazmasıyla başlayır
  • "Yeri gəlmişkən, qonşu kənddə bəy partiya üzvünü qaçırıb" ifadəsini deməli olan Ninanın dayısı Cabrailin rolunu canlandıran Frunzik Mkrtçyan bunu deməkdən imtina edib. O, bunu sonra ciddi rol ala bilməyəcəyi ilə əlaqələndirib. Bu səbəbdən də rejissor "Məzhəkəçiyə hər şey olar!" deyib bu ifadəni söyləməyi Yuri Nikulinə həvalə edib
  • Ssenariyə görə, Vladimir Etuşun qəhrəmanı Oxoxov familyasını daşımalı imiş. Lakin o zamanlar Kabardin-Balkariyanın Nazirlər Kabinetinin sədri Aslanbi Axoxov olduğuna görə, bəxtsiz bəy Saaxov olub
  • Etuş danışırdı: "Film ekranlara çıxdıqdan sonra tanışlar deyirdilər ki, qafqazlılar sizi döyə bilərlər. Amma mən bazara gəldim. Onlar az qala məni əllərinin üstündə daşıyacaqdılar. Məni əhatəyə alan hər kəs məni qonaq etmək üçün yarışa girmişdi. Ümumiyyətlə hər şey tərsinə getmişdi. Amma mən belə başa düşdüm ki, azərbaycanlılar elə bilirdi ki, Saaxov ermənidir, ermənilər isə düşünürdü ki, Saaxov azərbaycanlıdır. Gürcülər də Saaxovu gürcü kimi qəbul etmirdilər. Hamı üçün bu xoş idi. Xüsusulə mənim üçün!"
  • "Bu, necə deyərlər.. voluntarizm deyil!" atmacasına Cabrail belə cavab verir : "Mənim evimdə bu haqda danışmırlar!". Bu xarici söz o zaman Xruşovun işdən çıxarılması üçün əsas ittihamlardan biri idi. Danışılanlara görə, Brejnevin bu zarafat xoşuna gəlib
  • Ninanın dayısını və dayısının həyat yoldaşını oynayan Frunzik və Donara Mkrtçyan həyatda da evli olublar. Psixi xəstəxanada epizodda çıxış edən həkimi isə Leonid Qaydayın xanımı Nina Qrebşekova canlandırıb
Fotonun müəllifi TASS/Aleksandr Kurov
Image caption Mayın 6-da 95 yaşı tamam olan Vladimir Etuş dünyada səhnəyə çıxmağa davam edən ən yaşlı aktyordur
  • Bazar səhnəsində ömründə içki içməyən Şurik pivəni içməkdən imtina edir və itburnu çayı istəyir. Buna görə də itburnu dəmləməsində köpük olmadığına görə kadrda qeyri-təbii görünüb
  • Üç xuliqanın getdiyi - 1932-1939-cu ildə Almaniyada istehsal olunan Adler Trumpf avtomobili isə şəxsən Nikulinə məxsus olub. Çəkiliş zamanı avtomobilin bütün hissələri "Moskviç-407"- yə uyğunları ilə əvəzlənib
  • Məşhur üçlüyün münasibətlərinə sonda siyasət son qoyub: Yevgeni Morqunov sovet adamı olaraq qalıb. Yuriy Nikulin demokratları dəstəkləyib, George Vitsin isə qətiyyətlə bu mövzulardan uzaq olub
  • "Qafqaz əsiri" kimi şedevrin yarım əsrlik yubileyini çox təssüf ki, yalnız 3 nəfər qeyr edir: Natalya Varley, Nina Qrebeşkova və Vladimir Etuş
  • 2014-cü ildə "Qafqaz əsiri" filminin rimeyki (yenidən çəkilməsi) Rusiya kino tarixində ən böyük uğursuzluqlardan biri olub. Belə ki, film 3,5 milyon dollarlıq büdcənin cəmi 180 minini təşkil edib

Əlaqəli mövzular

Bu barədə daha geniş