Yerə basdırılmış toyuq qanadları yenidən satılıb

People digging chicken wings out of the ground Fotonun müəllifi Facebook/Sin Chew Sarawak
Image caption Adamlar basdırılmış qanadları çıxarırlar.

Qızardılmış toyuq qanadları Malayziyada ən dadlı küçə yeməklərindən sayılsa da yerli sakinlər ondan kənar durmağa çağrılıb, The Borneo Post nəşri bildirir.

Ötən həftə Malayziya Gömrük Xidməti tərəfindən yerə basdırılaraq məhv edilən 80 tondan artıq toyuq qanadlarının bir qismi yenidən satış şəbəkəsinə daxil olub.

Ticarət Nazirliyi bu işdə əli olanlara qarşı sərt cəzaların tətbiq ediləcəyini bildirir.

Bu arada sosial mediada zibillikdə basdırılmış toyuq qanadlarını qazıb çıxaran adamların görüntüləri yayılıb.

Yerli hakimiyyət mənbəyi naməlum olan toyuq ətini almaqdan çəkinməyə səsləyir.

Rəsmilər bildirir ki, qanadlar başqa ərazidəki zibil sahəsində yenidən basdırılacaq.

Sosial mediada ərzaqın məsuliyyətsiz məhv edilməsilə bağlı qəzəbli şərhlər paylaşılıb.

Əlaqəli mövzular