Londondan İrana velosipedlə gedən qadının gördükləri: şəkillərdə

Rebecca Lowe velosipedi Maud ilə
Image caption Rebecca Lowe velosipedi Maud ilə

Rebecca Lowe Britaniyadan İrana 11 250 kilometrlik, bir illik velosiped səfərinə çıxanda onun dostları fikirləşirdilər ki, ağlı başından çıxıb.

Burada o, çəkdiyi fotolarla öz səyahəti barədə danışır.

Rebecca Lowe's bike on the Montenegro-Albania border

Mənim velosipedim Maud, Monteneqro-Albaniya sərhədindəki Prokletiye dağlarında dincəlir. Bura çatmaq məni az qala öldürmüşdü deyə bu fotonu çəkəndə izahedilməz qürur duyurdum.

Türkiyənin Tavr dağlarına yolda, -3 dərəcə şaxtada velosipedin təkəri deşilir

Türkiyənin Tavr dağlarına yolda ikən velosipedimin təkəri deşildi. Yazıq Maud-un başına belə iş tez-tez gəlib - 5 500 kilometr yol getmək asan deyil, xüsusilə də təkərlərin kağız kimi nazikdirsə.

Rebecca Lowe-un velosipedi Böyük Səhrada

Sudanda 40 dərəcə istidə Böyük Səhranı velosipedlə gedəndə bu fotonu çəkdim. Bir dəfə içməli suyum bitdi deyə ağır susuzlaşdırmadan əziyyət çəkirdim, amma gözəl bir Nubiya ailəsi mənə yardım göstərdi.

Bekaa Dərəsində Suriya qaçqınları üçün qeyr-rəsmi düşərgə

Livanın Suriya ilə sərhədi yaxınlığında, Bekaa Dərəsində Suriya qaçqınları üçün qeyr-rəsmi düşərgə. Yağış və qara görə çadırlar kiflənmiş və nəmdir. Hərəsində hardasa 10 adam qalır.

İordaniyanın Amman şəhəri ilə Ölü Dəniz arasındakı yolu azanda

İordaniyanın Amman şəhəri ilə Ölü Dəniz arasındakı əsas, düppədüz asfalt yolundan nətərsə dönüb səhv istiqamətdə getdim. Bu mənim "xüsusi bacarıq"larımdan biridir.

Xartumda satıcılar və kadra düşən kənar adam

Sudan, Xartum şəhərində dəvə bazarı. Sol tərəfdə satıcılardı, sağ tərəfdə isə tanımadığım bir adam fürsətdən istifadə edib fotoya çəkildi. Burada həftədə iki dəfə təxminən 350 dəvə (ət üçün) satılır. Hərəsinin qiyməti hardasa $1050-dir.

Xartumda sudanlı çayçı qadınlar

Xartumda sudanlı çayçılar. Bu qadınlar tez-tez ayrı-seçkiliyə və polisin təqiblərinə məruz qalır. Sağ tərəfdə yaşıl geyimdə olan Awadiya Mahmoud bu çay kooperativini təşkil etdiyi üçün 2016-cı ildə ABŞ-ın Beynəlxalq Qadın Şücaəti Mükafatına Layiq Görülüb.

İranın cənubunda Bandari qadınlar

Bandari qadınlar cənubi İranda naxışlı Boregeh maskalarını geyinir.

A puncture in the Iranian mountains

İran dağlarında, Abyaneh yaxınlığında, Maud yenə deşilmiş təkərdən əziyyət çəkir. Xoşbəxtlikdən bu qoyun fermerləri məni xilas etdilər. Onlar mallarını çəkmək üçün bəzən saatlar sərf etməli olur.

Bütün fotolar Rebecca Lowe-a məxsusdur.

Rebeccanı Twitter-də izləyin: @reo_lowe


Əlaqəli mövzular

Bu barədə daha geniş

Əlaqəli internet linkləri

BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır