Alimlər: Saturnun peykinin yaşama uyğun olduğundan əminik

Enceladus'un güney kutbundan uzaya püsküren parçacıklar Fotonun müəllifi NASA/JPL-Caltech/SSI
Image caption Enkeladın cənubi qütbündən kosmosa püskürən hissəciklər

Saturnun Enkelad peyki Güneş sistemində Yerdən sonra yaşama ən uyğun yerlərdən biri ola bilər, alimlər bəyan edib.

Bəyanat NASA, Yaponiya və Avropa ölkələrinin Enkeladı araşdırmaq üçün kosmosa göndərdiyi Cassini peykindən gələn məlumatı toplayan alimlər tərəfindən verilib.

Diametri 500 kilometr olan Enkelad buzla tamamilə örtülüdür. Cassini peyki Enkeladın yanından keçərkən buzlu peykin kosmosa su püskürdüyünü müşahidə edib.

Bu suyu toplayıb kimyəvi analizdən keçirən Cassini peyki bu suyun Enkeladın buz örtüyü altında olan okeanda yerləşən hidrotermal çatlardan püskürüldüyünü aşkar edib.

Yerdə okean altında yerləşən hidrotermal çatlar xırda orqanizmləri və canlıları qida ilə bəsləyirlər.

Enkeladın püskürdüyü hissəciklərdə, həmçinin hidrogen də tapılıb.

Fotonun müəllifi WHOI/NSF/NASA
Image caption Yerin okeanlarında hidrotermal çatlar yaşama imkan yaradır

Bu hidrotermal çatların mövcud olması orada yaşamın olduğu demək deyil.

Lakin alimlər Enkelada yeni peyk göndərərək bu su hissəciklərində bioloji əlamətlər axtarışını həyata keçirməyi planlaşdırırlar.

Enkelada 2026-cı ildə yeni müşahidə peykinin göndərilmə planı üçün hazırlıqlar gedir.

Cassini alimlər komandasından doktor Hunter Waite "Enkeladın okeanlarının yaşama uyğun olduğundan əminik və oraya təkrar gedib daha çox araşdırma aparmağımız lazımdır" deyib.

"Əgər yaşam yoxdursa, nə üçün olmadığını öyənməliyik. Əgər yaşam tapa bilsək, lap yaşxı. Lakin yaşam olmasa da yaşam üçün bu qədər uyğun bir yerdə nə üçün yaşam olmadığını ortaya çıxarmaq da yaşam tapmaq qədər dəyərli olacaq".

Enkeladın kilometrlərlə dərinliyində olduğu düşünülən okeanın suyu, Saturnun cazibə qüvvəsinin təsiri altında yaranan istilik nəticəsində maye şəklində qala bilir.

Saturn və onun peyklərini 12 ildir ki, müşahidə edən Cassini peyki artıq vəzifəsini bitirir.

Vəzifəsini bitirdikdən sonra Enkelada düşüb orda potensial yaşama təsir etməməsi üçün Cassini qəsdən Saturnun atmosferinə daxil edilərək məhv ediləcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş