Qurbağa seliyində qripdən "müdafiə maddəsi aşkar olunub"

Лягушка Fotonun müəllifi Press Association

Hindistan qurbağasının seliyində tapılan maddə qripin bəzi viruslarını məhv edə bilər.

Bu qənaətə gələn alimlərin fikrincə, yeni kəşf xəstəlik epidemiyası ilə mübarizə aparmağa kömək edə bilər.

Immunity jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən alimlər Hindistanın Hydrophylax bahuvistara qurbağasına tətbiq edilən elektroşokdan sonra dəri qalıqlarını toplayıblar.

Onlar qurbağadan götürülən 32 peptidi müxtəlif qrip viruslarında sinaqdan keçiriblər və bu qənaətə gəliblər ki, onlardan 4-ü virusa qarşı mübarizə apara bilər.

İnsanın qan hüceyrələri üzərində sınaq keçirən alimlər eritrositlərə ziyan vurmadan qrip virusunu məhv edən urumin maddəsini aşkar ediblər.

Peptid bir çox qrip viruslarının tərkibində olan xüsusi zülallara təsir göstərərək virusu məhv edib.

Məlumata görə, tədqiqatçılar siçanlar üzərində də sınaqlar keçiriblər.

Siçanlara 2009-cu ildə epidemiya mənbəyi olan H1 qrip virusunun ölümcül dozası yeridlib. Lakin onlar urumin inyeksiyasından sonra sağ qala bilıblər.

Hazırda alimlər peptiddən dərman yaratmaq imkanlarını nəzərdən keçirirlər.

Bundan başqa qurbağa seliyindən alınan maddələrin digər virusları da məhv edib edə bilməyəcəyi araşdırılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş