Yerə nəhəng asteroid yaxınlaşır

Yer kürəsinin kosmosdan təsviri Fotonun müəllifi ESA/NASA

Yarım kilometr eni olan JO25 asteroidi Yerə yaxınlaşmaqdadır.

Aprelin 20-nə keçən gecə o, Yerin 1,8 mln. kilometr (Bu yerdən Aya olan məsafənin 5 mislinə bərabərdir) yaxınlığından keçməlidir.

JO25 son 400 il ərzində yerə maksimal yaxınlaşan ən iri fəza cismi olacaq.

Bu barədə ABŞ-ın kosmik agentliyi bildirir.

NASA nisbətən xırda obyektlərin yerə daha yaxın məsafədən tez-tez keçdiyini qeyd edir.

Fotonun müəllifi NASA
Image caption JO25 2014-cü ildə kəşf edilib

JO25 Yerə potensial təhlükə təşkil edən obyektlərə aid edilsə də, hazırda konkret narahatlıq mənbəyi kimi nəzərdən keçirilmir.

Mütəxəssislərə əsasən asteroidin hətta okeana düşməsi nəticəsində qitələrdən birini tamamilə məhv edilə bilər.

JO25 asteroidinin sürəti saatda 120 min kilometr təşkil edir.

Yerə yaxınlaşması vaxtı onu hətta kiçik teleskoplardan da müşahidə etmək olar.

Bu barədə daha geniş