Alimlər: qazlı pəhriz içkisi insult riskini artırır

İçki Fotonun müəllifi SPL

Alimlərin gəldiyi qənaətə görə, şəkərin süni şəkildə əvəz olunduğu içkilərdən, məsələn qazlı pəhriz içkisindən istifadə edən insanlar insultdan və demensiyadan (ağlı itirmək) daha çox əziyyət çəkirlər.

Stroke jurnalında dərc edilən tədqiqata əsasən alimlər qazlı pəhriz içkisi ilə bu xəstəliklər arasında bir əlaqə olduğunu aşkar ediblər.

Lakin onlar birbaşa səbəb əlaqəsinu sübut edə bilməyiblər. Alimlər Massachusetts ştatının Framingham şəhərindən olan insanların məlumatlarını incələyiblər.

Onlardan 2888 nəfəri 45 yaşında, 1484 nəfəri isə 60 yaşında olub. Alimlər birinci qrupda insult, ikinci qrupda isə demensiya hallarına rast gəlblər.

"Nümunələr müxtəlifdir, çünki biz müxəlif yaşlı insanlar üzərində tədqiqat aparmışıq. Demensiya 60 yaşdan aşağı insanlarda, insult isə 45 yaşa qədər insanlarda nadir hallarda rast gəlinən xəstəlikdir", - deyə tədqiqtın müəlliflərindən biri Mattew Pace bildirib.

Alimlər hər iki qrupa daxil olan insanların müxtəlif vaxtlarda - 1991 və 2001-ci ildə nə qədər şirin və pəhriz içkisindən istifadə etdiyini təhlil ediblər.

Daha sonra onlar bu məlumatlarla son 10 il ərzində qeydə alınan insult və demensiya halları arasında müqayisə aparıblar.

Müqayisə zamanı məlum olub ki, şəkər əvəzləyici tərkibli içkini gündə bir dəfə qəbul edən insanın işemik insult keçirmə riski həmin tərkibli içkini heç vaxt qəbul etməyən insandan 3 dəfə çoxdur.

Həmin insanlarda demensiyanın inkişaf riski də 3 dəfə artıq olub. Bununla yanaşı həftə ərzində 1-6 dəfə şəkər əvəzləyici tərkibli içki qəbul edənlərin işemik insult riski 2,6 dəfə daha yüksək olub.

Lakin demensiyaya meylilik riski qeydə alınmayıb. Ekspertlər qeyd edirlər ki, ümumilikdə bu xəstəliklərin inkişaf riski az - insult üçün 3 faiz, demensiya üçün 5 faiz olaraq qalır.

ABŞ-ın İçki İstehsalı Assosiasiyası artıq bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, dünya üzrə təşkilatlara, o cümlədən ABŞ ərzaqlarına və dərman preparatlarına nəzarət administrasiyası (FDA) pəhriz içkilərindən istifadənin təhlükəsiz olduğunu təsdiqləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş