ABŞ: Daun sindromlu rəqqasə gözəllik müsabiqəsinə qatılır

Mikayla Holmgren Fotonun müəllifi MIKAYLA HOLMGREN/FACEBOOK

Daun sindromlu Mikayla Holmgren-in Miss Amerika tacını taxmaq arzusuna ölkə boyunca minlərlə qadın şərik çıxa bilər.

Mikayla Holmgren doğma Minnesota ştatında seçim yarışmalarına daxil olub. Bu, müsabiqənin final mərhələsinə yol aça bilər.

Xanım Holmgren-i başqa iştirakçılardan yalnız onun daun sindromu fəqrləndirir.

Hərçənd ki, yerli Fox 9 telekanalına danışan Mikayla buna görə narahat olmağa dəymədiyini düşünür.

"Gözəllik daxildən gəlir. Mən şən və xöşbəxtəm, bu sanki içimdən gəlir. Bu əsrarəngizdir", - Minnesota ştatının tacını qazanmağa niyyətli olduğunu deyən müsabiqə iştirakçısı bildirir.

Güman edilir ki, Marine on St. Croix şəhərindən olan tələbə Miss ABŞ müsabiqəsinin ilk daun sindromlu iştirakçısıdır.

Öz ştatlarında qalib gələnlər mübarizəni Miss ABŞ yarışmasının final mərhələsində davam etdirirlər.

Müsabiqə milli telekanalların canlı yayımında işıqlandırır.

Miss Minnesota yarışmasının həmsədri Denise Wallace 22 yaşlı tələbəni yeni ənənə yaradan "lider" adlandırıb.

Lakin xanım Holmgren və təşkçilatçılar bu kimi dəyərləndirmələrə artıq alışqandır.

Ötən il Miss Minnesota müsabiqəsinin qalibi həyatının ilk illərini Kenya qaçqın düşərgəsində yaşamış Halima Aden oldu.

O, başı hicablı və tam burkini ilə çıxış edən ilk iştirakçı idi.

Mikayla əmindir ki, onun başqa iştirakçılarla yan-yana çıxışı daha bir neçə həddin qaldırılmasına səbəb olacaq.

Mikayla Holmgren-i nə çimərlik geyimində dikdaban ayaqqabılarla gəzişmək, nə də ki, müsabiqəni izləyən anasının həyəcanı həvəsdən sala bilər.

"Dünya bilməlidir ki, məni səciyyələndirən Daun Sindromu deyil", - o, iştirakla bağlı məsrəflərini maliyyələşdirmək üçün xüsusi internet müraciətində bildirir.

"Sizin köməyinizlə mən sədləri dəf edə bilərəm".

Əlaqəli mövzular

Bu barədə daha geniş