Erkən doğulmuş quzular süni bətndə uğurla böyüyüb

Ягненок Fotonun müəllifi Partridge, E. A. et al. / Nature Communications
Image caption Erkən doğulmuş quzular üçün süni bətn bu cür görünür

Amerikalı alimlər böyük plastik torba kimi görüntüyə malik olan süni uşaqlıqda vaxtından əvvəl doğulmuş quzuları yaşatmağa nail olublar.

Süni uşaqlıq fasiləsiz qan dövranı və qoruyucu təbəqə olan amniotik maye daxil olmaqla yetişmək və inkişaf etmək üçün bütün lazımi döllərlə təmin edilib.

Alimlərin fikrincə, onların bu kəşfi nə zamansa erkən doğulan körpələrin həyatda qalmasına da köməklik edə bilər.

Süni uşaqlıq Philadelphia uşaq xəstəxanasının həkimləri tərəfindən ixtira edilib.

Alimlər süni uşaqlığın ana bətninə əvəz olmadığını qeyd edərək onun sadəcə vaxtından əvvəl doğulan körpələrin həyatda qalmasına kömək edəcəyini söyləyiblər.

Hazırda dünyada təqribən 23 həftəsində doğulan körpələrə həyatda qalmaları üçün qulluq edilir.

Onlar xüsusi inkubatorlara yerləşdirilərək süni tənəffüs cihazına qoşulur.

Alimlərin kəşfi olan plastik uşaqlıq torbası təbii şəraitdə bətni əhatə edən amniotik maye tərkibli döllərə bənzər isti su və duz qarışığını özündə cəmləşdirib.

Bu maye adətən ana bətnində olduğu kimi artaraq tənəffüs yollarına çəkilir.

Bu qarışığın litri daima süni uşaqlıqdan keçərək onu fasiləsiz oksigen və bəsləyici maddələrlə təmin edir.

Bu torbaya yerləşdirilən quzu oksigen və bəsləyici maddələr qəbul edə bilməz, ona görə də onun ciftini bu maddələri yetişdirən edən xüsusi cihaza qoşulur.

Süni uşaqlığın başlıca məqsədi ağ ciyər sistemini püxtələşdirməkdir.

23 həftəsində doğulan körpələrin həyatda qalm şansları demək olar ki yoxdur. 23 həftəsində doğulan körpələrin həyatda qalma şansları 15%, 25 həftəsində doğulanların 55%, 25 həftəsində doğulanlarınkı isə 80%-dir.

Tədqiqat nəticəsində məlum olub ki, erkən doğulan quzu ilə 23 həftəsində doğulan körpənin fiziloji inkişaf dölü eyni səviyyədə olub və süni uşaqlığa yerləşdirilən quzu yaxşı inkişaf edib.

28 gün süni uşaqlıqda qalan quzular sonradan sərbəst şəkildə nəfəs alıblar.

Tədqiqat zamanı quzuların beyinlərini və daxili orqanlarını öyrənmək üçün onların bir hissəsi qurban verilib.

Lakin sınaq üçün istifadə olunan canlıların böyük hissəsi sağ qalaraq süni şəkildə bəslənib. Süni uşaqlıq ixtiracılarını qarşıda daha bir məsələnin həlli gözləyir.

Onlar bətn daxilində infeksiyadan necə yayınmağı və dölləri kifayət qədər hormonlarla təmin etməyi müəyyən etməlidirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş